Turistlər arasında dünyanın ən məşhur ölkəsinin adı açıqlandı

Dərc olunub: 09/09/2018 - 23:38

837f99f79d60dee32f812831cee65d1dÜmumdünya turizm təşkilatı Fransanı dünyanın ən çox gedilən ölkəsi adlandırıb.

CNN xəbər verir ki, reytinqdə birinci yerdə olan Fransanı 86,7 milyon insan ziyarət edib. İkinci yerdə 81,8 milyon turistlə İspaniya, üçüncü yerdə isə 75,9 milyon ziyarətçi ilə ABŞ qərarlaşıb. 60,7 milyon turistlə Çin və 58,3 milyonla İtaliya ilk beşliyi tamamlayır.

Həmçinin ekspertlər sürətlə inkişaf edən turizm istiqamətlərinin də reytinqini təşkil ediblər ki, 55,1% artma ilə Misir cədvələ başçılıq edir. İnkişaf tempinə görə, ikinci yerdə 46,7%-lə Toqo, üçüncüdə 31,1%-lə San-Marino qərar tutub. 29,1%-lə Vyetnam və 27,9%-lə Gürcüstan ilk beşliyi bağlayır.(Milli.Az)










loading...


Fikrinizi bildirin