“BU, AÇIQ-AŞKAR AZƏRBAYCANA MEYDAN OXUMAQDIR” - "Putinlə görüşdən dərhal sonra..."  

"Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar Nikol Paşinyanın bəyanatı regionda yeni siyasi vəziyyətin yarandığını və problemin dinc yolla həllinin dalana dirəndiyini göstərir. Bu, açıq-aşkar Azərbaycana meydan oxumaqdır. Putinlə görüşdən dərhal sonra belə bir bəyanatın səsləndirilməsi çoxlu suallar doğurur. Yaxın günlərdə yəqin ki, biz bunun hansı məqsədlə gündəmə gətirilməsinin səbəblərini və arxasında nələrin dayandığını görə biləcəyik".

"AzPolitika.info"-nun məlumatına görə, bunları Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib. N.Paşinyan Moskvaya səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşündə deyib: “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır”.

E.Sabiroğlunun fikrincə, Paşinyanın bu bəyanatı Ermənistan tərəfinin müharibəyə hazırlığından xəbər verir: "Son 20 ildə Ermənistan rəhbərliyinin belə mövqe ilə çıxış etməsini xatırlamıram. Ardınca Ermənistanda yerləşən daxili qoşunların böyük təntənə ilə Qarabağa yola salınması və təmas xəttində dislokasiya edilməsi döyüş hazırlığının əlaməti kimi diqqəti cəlb edır. Buna qədər də Ermənistandakı hərbi gücdən istifadə edilib, bu, yeni bir şey deyil. Lakin düşmən çalışırdı ki, bunu gizli saxlasın və döyüşün "DQR"-ə məxsus olan ordu tərəfindən aparıldığına dünyanı inandıra bilsin. Bu məkrli planın üzərindən örtüyü götürən Ermənistanın yeni hökumət rəhbərinin beynəlxalq ictimaiyyətin gözü qarşısında bu cür siyasi bəyanatla gündəmi yükləməsi o deməkdir ki, bu adamın problemin sülh yolu ilə həllini yaxına buraxmaq fikri yoxdur. Burası artıq aydındır. Aydın olmayan və narahatlıq doğuran başqa bir məsələ vardır ki, bunun üzərindən sükutla keçmək sadəcə mümkün deyil. Bu mənada beynəlxalq təşkilatların, Azərbaycanın ərazi bütövlüyünü tanıyan nüfuzlu dünya dövlətlərinin səsini çıxarmamasi ikili standartlardan da o tərəfədir. İkiüzlülük yaxşı sözdür... Belə çıxır ki, hər şey kağız üzərindədir!?"

E.Sabiroğlu diqqəti ATƏT-in Minsk Qrupunun susmasına cəlb edir: "Harada it-bata düşub bilinmir. Ümumiyyətlə, indiyəcən Azərbaycanın haqq işinin həll edilməməsinin əsas baiskarları sırasında bu təşkilatın xüsusi payı vardır. Müdafiə Nazirliyində xidmət etdiyim illərdə görüşlərin iştirakçısı kimi dəfələrlə MQ-nun riyakar mövqeyinin şahidi olmuşam. Burda bir söz, İrəvanda başqa söz deyirdilər. Varlıgı ilə yoxluğu bilinməyən belə təşkilatın ziyanı xeyrindən qat-qat çoxdur. Bu barədə düşunməyin artıq vaxtıdır".

635x100

Şərhlər

Oqtay 2018-09-10 13:06:09

Bu nə başlıqdır yazmısınız bəyəm o boyda torpaq meydan oxumaq deyil ?

Az/tv-ye inanan vetendaw 2018-09-10 13:06:09

Bes nooldu deputatlarimiz politoloqlarimiz tv-lere dirmawib bayram edib deyirdiler sarkisyanin xunta hakimiyyetini bizim uzaqgoren suyasetimiz ucurub viran qoyub ermenistani daqidiriq.QARABAQ meselesi hell olundu artiq ay elman nesirov ay aydin mirzezade nooldu fis cixdi??Yalan palan ayaq tutub yerimez hec olmasa efiri zanit etmeyin qoyun bilenler,heqiqi siyasetciler daniwsin.Yalanci ALLAHIN duwmenidir!!!

EWDER 2018-09-10 13:06:09

SENIN KIMI POLKOVNIKI,EBIYEV KIMI NAZIRI OLAN ORDU...LAZIM GELER,IWLER DUZELER

ABDULQADIR 2018-09-10 13:06:09

Bah atoynan,nüfüzlu divletler demishken neteri bilmediye Marker gelmishken tutaydiq yaxasindan emr edeydi Lazima.O da emr vereydi orduya.Bu fürseti elden buraxdiq.Minsk qrupu demishken,ne tafotu varey qrup üzvleri olmasin olsun Minsk padishahi Lukashenko.Eshitmishey eli bir az da ashagidir.Cagirax bir az bamadurdan-xiyardan,pambugdan, nöyütden zaddan verey,boy-buxunu da ki,mashAllax pehlivan cüsseli,bir shapalagina 5 dene pashinyan serer kendire.Emr verse qoshun-leshkere Eyravanda bash dash üste qalmaz.

Abitə-vızdan 2018-09-10 13:06:09

Bu lapatka məsələsindən sonra urus ....gətirib soxacaq gözlərinə axı??

Arif 2018-09-10 13:06:09

Hormetli cenab Eldar Sabiroğlu, Azerbaycan xalqini, SENZURA, CHOX HUNDUR DIVAR ile AYIRIB, YUKSEK SELAHIYYETLI, KORRUPSIONER memurlardan, , Daqliq Qarabaq ve etraf 7 rayonlarin, UZUN MUDDET-25 ilden artiq, ermeni-rus ishqalinda QALMASININ ESAS SEBEBI : BU memurlar, ozlerinin, GELIR MENBEYINI QORUMAQ UCHUN, VAXT UZADIRLAR ve TELESMIRLER... Mirza Alekber Sabirin sheiri var : "MILLET NECE TARAC OLUR, NE ISHIM VAR? DUSHMENLERE MOHTAC OLUR, NE ISHIM VAR?" "VER YEYIM, ORT YATIM, GOZLE, CANIM CHIXMASIN!" ...

G.M 2018-09-10 13:06:09

Maraqlı məxluquq..Paşeniyan hakimiyətə gələndə dedik ki..``gördünüz sarkisiyanın atasını necə yandırdıq``.Az qaımışdı ki,yüksək səviyədə ``sevinək``.Sonra dedik ki,paşeniyanın Qarabağı verməkdən özgə yolu yoxdur.İndi də başlamışıq ki... Qardaşlar artıq 25 ildir ki,Qarabağı bizdən alıb ermənilərə veriblər.başımızıda öz daxili problemlərimizlə qatıblar.Vəssalam.

məmmədqulu 2018-09-10 13:06:09

Sizlər isə ancaq söküntü ilə məşğul olun!!

Abit 2018-09-10 13:06:09

Ay millet bu oyunun başında rus dayanır niye anlamırsız,ermenistanda hakimiyyet deyişikliyi meqsedyönlüdür.Rus ermeniye dedi ki,eyer burcutsan Azerbaycan İrevanda dayanacaq.Bizede hede qorxu gelir ki eyer KTMT-ye qol çekmesen Qarabağı unut.Neçeki bu münaqişe kim terefinden yaradılıb,ne isteyir,adı ile çağrılmayacaq bu mesele bitdi.Ona göre icaze verin millet lapatka,lom,deryaz ve s ile silahlanıb kütlevi hücuma keçsin,qarşısına çıxan rusu,ermenini qıra-qıra düz İrevana.Paşinyanı danışdıran danışdırır,o özba

Son yazılar