Gürcüstanla sərhəd bağlandı

Azərbaycan tərəfi Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi istiqamətindən giriş-çıxışı bağlayıb və hərəkəti dayandırıb.

Virtualaz.org saytı gürcü mətbuatına istinadən xəbər verir ki, sərhədin bağlanması barədə məlumatı Gürcüstan Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili yayıb.

İrina İmerlişvili bəyan edib ki, sərhədin bağlanması “Neftçi” (Bakı” və Gürcüstanın “Çixura” (Saçxere) futbol klubları arasında dünən Azərbaycan paytaxtında keçirilən və qarşıdurma ilə müşayiət olunan oyunu ilə bağlı deyil.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Departamenti bildirib ki, sərhəd yalnız Azərbaycan qanunlarının tələblərinə cavab verməyən maşınların üzünə bağlanıb. Bu qanun Azərbaycan tərəfindən qəbul edilib. Sərhəddə hər hansı digər məhdudiyyət yoxdur. Bu qanun çoxdan qəbul olunub. Bu barədə məlumat da verilib. Müvafiq xəbərdarlıq da edilmişdi ki, məhdudiyyətlər avqustun 1-dən etibarən qüvvəyə minəcək” - deyə İrina İmerlişvili bildirib.

Qeyd edək ki, Azərbaycanda istehsal tarixi 2005-ci ilə qədər olan ABŞ və Avropa ölkələri maşınlarının və istehsal ili 2011-ci ilə qədər olan Yaponiya avtomobillərinin ölkəyə girişini qadağan edən qanun qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar