ABŞ PREZİDENTİNƏ QARŞI YENİ SEKSUAL TƏCAVÜZ İTTİHAMI - Tramp ifadəyə çağrıldı + FOTOLAR

ABŞ prezidenti Donald Tramp sentyabrın sonlarında vaxtilə aparıcılıq etdiyi “Şagird” adlı verilişin qadın iştiakçılarına qarşı seksual hərəkətlər etdiyi iddiası ilə bağlı ifadə verməlidir.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bundan daha öncə Nyu-York məhkəməsi prezidentin vəkillərinin həmin işə xitam verilməsi ilə bağlı vəsatətlərini rədd edib.

Məhkəmə həmçinin bəhs olunan teleşounun iştirakçılarından sayılan Sammer Zervos adlı xanımın şərəf və ləyaqətinin müdafiəsi il bağlı işi dayandırmaqdan imtina edib.

Qeyd olunur ki, Sammer Zervos prezidenti 2017-ci ilin əvvələrində məhkəməyə verib. İddia ərizəsində o, Trampın işə düzəlməyin müqabilində ona intim münasibətlərdə olmağı təklif etdiyini göstərib. Zervosun iddiasına görə, hadisə Los-Ancelesdə "Beverli Hills" otelində baş verib. Burada Tramp onun sinəsindən tutmağa cəhd göstərsə də, Zervos onu itələyərək qaçmağa müvəffəq olub.

Картинки по запросу summer zervos trumpSammer Zervos

“The Washington Post” qəzetinin məlumatına əsasən, Zervosun və Trampın vəkilləri prezidentin bununla bağlı yazılı ifadə verəcəyi barədə razılığa gəliblər.

Sammer Zervos Trampı seksual sataşmalarda ittiham edən ilk qadın deyil. Jurnalistlər Ağ Ev sahibinin 2005-ci ildə bir aparıcının yanında söylədiyi sözləri xatırladırlar. Burada Tramp populyar olmasına görə istədiyi qadını onun razılığı olmadan öpmək və toxunmaq hüququ olduğunu söyləmişdi.

“The Washington Post” ABŞ prezidentinin başqa günahlarını da yadına salıb.

Bunlardan biri, Kristin Anderson ABŞ-ın indiki prezidentinin hələ 1990-cı illərdə Nyu-Yorkun gecə klublarından birində ona sataşdığını deyib.

Cessika Lids adlı başqa bir qadın isə 36 il bundan əvvəl Donald Trampla bir təyyarədə və eyni sırada gedən zaman o zaman gənc iş adamı sayılan milyarderin ona qarşı ədəbsiz hərəkətlərə yol verdiyini bildirib.

Reyçel Kruks 2005-ci ildə 22 yaşında olarkən Tramp tərəfindən cinsi zoraklığa məruz qaldığını söyləyib. Onun sözlərinə görə, həmin vaxt o, “Tramp Tower”də ofisi olan “Bayrock Group” investisiya şirkətində çalışırmış. Bir gün səhər iş yerinə liftlə qalxarkən burada Trampla rastlaşıb. Burada qız onu tanıdığı üçün hətta salam da verib. Lakin Tramp onu liftdə buraxmaq istəməyib və zorla dodaqlarından öpüb....

Картинки по запросу jessica leeds trumpRayçel Kruks, Donald Tramp və Cessika Lids

“People jurnalının müxbiri Nataşa Stoynoff isə 2005-ci ildə Trampın “Mar a Laqo” malikanəsinə ondan müsahibə almaq üçün getdiyi bildirib. Staynoff Trampın arvadı Melaniya ilə evliliklərinin bir illiyi münasibətilə danışdırmalıı imiş. Biznesmen müsahibənin gedişində onu bir otağa çəkərək zorla divara dirəyib və öpüb....

Картинки по запросу natasha stoynoff trumpNataşa Stoynoff

Mindi Makgillivrey adlı qadın isə 2003-cü ildə 23 yaşında olarkən Trampın Floridadakı bir gecə klubunda zorla onun qıçlarından tutduğunu iddia edib...

Miss ABŞ” gözəllik yarışmasınınn adı çəkilməyən bir iştirakçısı isə 2001-ci ildə milyarderin qızların soyunma otağına icazəsiz girərək, onları uzun müddət orada izlədiyini bildirib. Həmin vaxt iştirakçıların çoxu tamamilə çılpaq imiş.

Картинки по запросу tasha dixon miss arizona f trump

Həmin il “Miss Arizona” titulunu qazanan və ştatı yarıda təmsil edən Taşa Dikson əhvalatı KCBS-TV kanalında təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp isə sadalanan bu epizodların heç birini xatırlamadığını qeyd edir.

635x100

Şərhlər

TRAMP QAQA 2018-09-10 15:32:07

GORESEN QAQANIN TAMINA BAXIB? YAMAN AGZININ TAMINI BILIR...

NURəddin 2018-09-10 15:32:07

MƏN MƏƏTƏLƏM İRİN TORBASINA OXŞAYAN BU MƏXLUQLA HANSI QADIN YAXINLIQ EDƏ BİLƏR? KAFTAR!

Shahin 2018-09-10 15:32:07

O cavanliginda oldugu kimi yenede qadinlari ozune cekir. Bu sahede onun tayi beraberi yoxdur. Halaldi sene Don.

ABDULQADIR 2018-09-10 15:32:07

Deyirem göresen ABD ne yedi bu güne düshdü ki,300 milyon ehali bir seksual-manyakin elinde girinc qalib.

Son yazılar