PAŞİNYAN VƏ SİLAHDAŞINA "MAVİ" EYHAMI - "Paşinyan mənimlə razılaşar..."

Erməni vitse-spiker baş nazirin hədələrindən qorxmadığını bildirib

Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov baş nazir N.Paşinyana heç kimi inqilabla qorxutmamağı məsləhət görüb.

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, vitse-spiker Paşinyanın növbədənkənar parlament seçkisi və köklü islahatlarla bağlı fikirlərini bölüşmədiyini bildirib.

Respublikaçı Şarmazanov Paşinyana xatırladıb ki, baş nazirin qərarı ən yüksək instansiyanın hökmü demək deyil və və ölkə parlamenti müstəqil qurumdur. Paşinyanın respublikaçıların parlamentdə növbədənkənar seçkilərlə bağlı mövqeyini tənqid etməsinə cavab olaraq, vitse-spiker deyib ki, deputatlar müstəqildirlər və seçkilərlə bağlı qərara özləri bildikləri kimi səs verəcəklər.

O, təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, parlamentin nəyi dəstəkləyib-dəstəkləməyəcəyinə özünün qərar verəcəyini və deputatları inqilabla qorxutmağı məsləhət görmədiyini vurğulayıb.

Erməni vitse-spikerin son açıqlamasındakı daha bir maraqlı məqam isə Paşinyanın silahdaşı, İrəvan merliyinə namizəd Ayk Marutyanla bağlı olub. Belə ki, bundan öncə A.Marutyan siyasətdəki "ağ və qara qüvvələrdən" danışaraq, Ermənistanın hazırki hakimiyyətinə qarşı çıxanları "qara qüvvələr" adlandırmışdı. Bu ittihama cavab olaraq, Şarmazanov deyib: "Lazım gələrsə, biz yenə də Paşinyanın siyasi proqramlarının əleyhinə səs verəcəyik. Rənglərə gəldikdə isə, mənə elə gəlir ki, həyatda və siyasətdə ağ və qaradan daha təhlükəli rənglər var, məsələn mavi... Ümid edirəm ki, Paşinyan mənimlə razılaşar..."

Erməni mətbuatı isə hələlik onun bu fikrinin Paşinyana, yoxsa A.Marutyana ünvanlandığı və bununla vitse-spikerin nə demək istədiyi barədə heç nə yazmamağa və susmağa üstünlük verir.

635x100

Şərhlər

t.ədalət 2018-09-10 23:37:14

"Mavi"lik ermənilər üçün təzə söz deyil.Tarixən Şərqdə "mavilər" həmişə ermənilər olub.Qədim Şərq abidələrindən olan"Qabusnamə" də (təəssüf ki Vəzirovun dövründə yazıçı Cəmil Əlibəyovun əli ilə yeni nəşrdə həmin hissə çıxarılıb) deyilir ki, özünüzə "mavi"ləri ermənilərdən seçin.erməni keşişi mesrepovun yazılarından belə hiss olunur ki,Teymurləngin döyüşçüləri dağlıq ərazilərdə məskunlaşan ermənilərdən "mavi" kimi istifadə ediblər.Güman ki Paşinyan da onlardandır..

ABDULQADIR 2018-09-10 23:37:14

Veziyyet ciddi shekilde qelizleshdi.Biz illerle gözlediyimiz Lazimi bunlar da gözleyirmish.Bu shekildeki duputati Milsiz Meclisdeki duputatlardan kimese oxshadiram.Bir siz de diqqetle baxin,mene yardim edin.Gören oxshatdigimin emioglusu deyilki.

Son yazılar