Tramp Kubaya qarşı ticarət embarqosunun müddətini artırıb

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib.

"Report" xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.

"Mən Kuba ilə bağlı tədbirlərin bir il uzadılmasının Birləşmiş Ştatların maraqlarına uyğun olması barədə qərar qəbul etdim", - deyə prezident qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar