RUSİYA-ÇİN HƏRBİ TƏLİMLƏRİ – Qərb nə üçün narahat olmalıdır?

Rusiya əzəldən özünün Uzaq Şərqdəki geniş ərazilərinin Çin tərəfindən ələ keçirilməsindən ehtiyat edib. Rusiyanın böyük hərbi qruplaşmaları Sibirin cənubunda daima təlimlər keçirlər.

Bu il keçirilən hərbi təlimlər öz miqyasına görə Rusiyanın soyuq müharibədən sonra keçirdiyi ən böyük təlimlərdir. “Şərq-2018” təlimlərinin əhatəliyi və çinli hərbçilərin bu təlimlərdə qonaq kimi iştirakı böyük maraq doğurur. Bütün bunların hamısı 1972-ci ildə ABŞ prezidenti Riçard Niksonun Çinə səfərinin uğursuzluqla nəticələndiyi qənaətinə gətirə bilər. Belə ki, o zaman Amerika iki böyük kommunist dövlətini bir-birindən ayıra bilmişdi. Əlbəttə, soyuq müharibə ilə indiki hadisələri bu cür müqayisə etmək tamamilə əbəsdir, amma hər halda Qərb baş verənlərdən narahat olmalıdır. Ona görə ki, bu təlimlər Amerikan alyansının zəifləməsini göstərir.

- Hərbi oyunlar məharəti

Təlimlər həm hərbi, həm də siyasi planda mühümdür. Bu təlimlər silahlı qüvvələrin döyüş hazırlığını və döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa, döyüş şəraitinə yaxın olan şərtlər daxilində yeni silahlardan istifadə etmək bacarığına yiyələnməyə kömək edir. Bu, Çin üçün xüsusilə vacibdir. Çinlilər öz silahlı qüvvələrinin daha aqressiv hala gətirilməsi və güclənməsi üçün böyük vəsait sərf edirlər. Amma Çin demək olar ki, 40 ildir heç bir real döyüş keçirməyən yeganə böyük dövlətdir. Çin hərbçiləri Rusiyadan ən müasir raket və təyyarələr idxal edirlər. İndi isə onlar rusların Gürcüstan, Ukrayna və Suriyada qazandıqları təcrübəni mənimsəyə bilərlər.

Siyasi planda bu cür yaxınlaşmanın da öz sərhədləri var. Çin güclənən fövqəldövlətdir, Rusiya isə uğursuz şəkildə öz tənəzzülünün qarşısını almağa cəhd eir. Çin “Bir zolaq–bir yol” təşəbbüsünü reallaşdırmaq məqsədiylə Orta Asiyanın infrastrukturuna böyük həcmli investisiyalar yatırır və beləliklə də Rusiyanın arxa baxçasına girərək onu oradan sıxışdırır.

Digər tərəfdən, Rusiyanın Krımı ilhaq etməklə və Ukraynanın şərqindəki separatçıları dəstəkləməklə utanmazcasına beynəlxalq normaları tapdalaması Çinin heç də ürəyincə deyil. Praktik olaraq Rusiya Amerika və Avropa ilə münasibətlərində dürüstlükdən imtina edib, Çin isə münasibətlərdə qarşılıqlı faydalılıq prinsipini əsas götürür. Rusiya talibləri silahlandırmaqla Amerikada narazılıq yaradır, Çin isə Əfqanıstanda sülh müqaviləsinin imzalanmasına çalışır. Amma buna baxmayaraq, hazırkı mövcud dünya nizamında hansı dəyişiklərin olması məsələsində Rusiya və Çinin baxışları daha çox üst-üstə düşür. Onlar vətəndaş cəmiyyəti ilə müqayisədə dövlətin rolunu gücləndirmək və eyni zamanda da Amerikan alyansını dağıtmaq və həmçinin də öz orbitlərində olan ölkələrə bənzərlərlə “harmonik” münasibət qurmaq istəyirlər. Rusiya və Çin Suriya və Sudan kimi despotik rejimlərin genosid siyasətinə qarşı yönəlmiş beynəlxalq fəaliyyətlərə veto qoyurlar.

Hərçənd ki, Rusiya və Çin axıradək etibarlı və möhkəm müttəfiq olmayacaqlar. Onların əməkdaşlığı bizim dünyanın liberal demokratiyasına yaxşı heç nə vəd etmir. Bəs, onların hərəkətlərinə necə reaksiya göstəmək lazımdır?

Onları bir-birinə vuruşdurmaq kimi fikir də ağla gəlir. Gizli sövdələşmələr nəzəriyyəsini sevən çinli analitiklər acgözlüklə Henri Kissincerin Donald Trampa Çinin qarşısını almaq üçün Rusiyadan istifadə etməyi məsləhət görməsi xəbərinin (sonradan bu xəbər təkzib edilib) analizi ilə məşğul olublar. Amerika üçün Çin ilə əməkdaşlıq etməyin vacibliyini irəli sürənlər də var. Lakin problemə bu rakursdan baxmaq düzgün olmazdı. Amerikanın demokratik dövlətlər arasında xeyli dostları vardır və onlar Rusiya və Çinlə qarşıdurmada ABŞ-a yaxından kömək edə bilərlər. Çox təəssüf ki, Tramp Amerikanın dostlarına pis münasibət göstərir.

Prezident Putinin “Şərq-2018” təlimlərindəki bacarıqlı diplomatiyası və Amerikanın Cənubi Koreya ilə müştərək hərbi təlimlərini dayandırmasıyla generalları çaşbaş qoyan Donald Trampın hərəkətlərini müqayisə edin.

Hal-hazırda ABŞ-ın yaxın müttəfiqi Yaponiya qorxur ki, onun Amerika ilə hərbi əlaqələri ticarət müharibələrində xırda pul kimi istifadə olunsun. Düzdür, bu yay NATO sammiti böhransız keçdiyi üçün avropalılar böyük rahatlıq tapdılar, ancaq Amerikanın başçılığı ilə demokratik ölkələr liberal dəyərlərin kollektiv müdafiəsini təmin etməlidirlər. Bunun əvəzinə isə Tramp onları öz xidmətləri ilə dağıdır. O, Putinin çıxardığı bir dərsi yaxşı anlamalıdır: dostlar ağır yük yox, böyük üstünlük deməkdir!

(“The Economist”-Böyük Britaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar