GENERAL ƏLİXANOVUN YERİNƏ TƏYİNAT OLDU - Penitensiar Xidmətdə yeni rəis müavini

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.

Qeyd edək ki, təyinat dünən - sentyabrın 10-da gerçəkləşib. O.Qasımov dünən kollektivə təqdim edilib.

Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra - bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.

635x100

Şərhlər

Emin 2018-09-11 10:55:47

huseyn elixanov gencede prokuror olzrken suret huseynova qarsi en wedaletli prokuror olmaqla yanasi Heyder Eliyeve sedaqetini numayis etdirdi. Indi heyata bax da...

Məmməd 2018-09-11 10:55:47

Hər halda Pentensiar Xidmət DİN-nin nəzdində olsa daha yaxşı olardı və heç bir dustaq da qaça bilməz və başqa qanunsuzluqlar da ola bilməz.

Son yazılar