TORPAQLAR AZAD OLUNUB? - "Paşinyanın gücü olsaydı, işğal etdiklərini əlində saxlayardı..."

"Görünür ki, Nikol Paşinyan Azərbaycan ordusunun İrəvana qədər getməsini istəyir"

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə maraqlı münasibət bildirib.

E.İbrahimov "Ölkə.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan bu cür sayıqlamalarla erməni əhalisinin dəstəyini qazanmağa çalışır: "Yəqin ki, bu cür sayıqlamalarla Paşinyan hakimiyyətdə çox qala bilməyəcək. Çünki Paşinyan öz ölkəsində mövcud olan vəziyyətə nəzarət edə bilmir. Az qalsın ki, özünü dövlət çevrilişi ilə hakimiyyətdən yıxsınlar. Yaxşısı budur ki, Paşinyan gedib öz hayına qalsın. Adama deyərlər ki, ay Paşinyan, İrəvanda gündə bir mitinq keçirilir. Yaxşı olar ki, ilk növbədə İrəvanda xaosu aradan qaldır. Paşinyan Qarabağla bağlı narahat olmasın, Azərbaycan dövləti gec-tez o torpaqları işğaldan azad edəcək".

Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti Nikol Paşinyanın hər addımına nəzarət etmək gücünə malikdir: "Ermənilərin heç bir gücü yoxdur, indi Paşinyan yalandan boş-boş guruldayır, erməni əhalisi arasında nüfuz qazanmağa çalışır. Əgər doğrudan da Paşinyanın belə gücü vardırsa, işğal etdiyi torpaqları əlində saxlayardı da? Elə bu yaxınlarda Azərbaycan ordusu 11 min hektar Naxçıvan tərəfdən, 2016-cı ilin aprel döyüşləri zamanı isə bir neçə strateji yüksəklikləri işğaldan azad edib. Görünür ki, Nikol Paşinyan Azərbaycan ordusunun İrəvana qədər getməsini istəyir. Ona görə də müharibə ritorikası ilə danışır".

Deputatın fikirlərinə sadəcə heyrətlənmək olar. Fikrimizcə, şərhə ehtiyac yoxdur!

 

635x100

Şərhlər

samir 2018-09-11 11:43:21

by adam dejesen kozyn pyl ortyb bakidaki torpaqlari nezerde tytyr

tağı 2018-09-11 11:43:21

bu adam az qalır ki,30 ildir oturub parlamentdə,fəxr edir ki, 25 ildə 16 min ha sahəni və 1 təpəni düşməndən azad etmişik...nə gündəsiniz..

veten dashi 2018-09-11 11:43:21

Bu adamın Qarabağa Azadlıq yürüşündə öndə getməyə ləyaqəti catarmı görəsən..... Bizdə bu ölü canları neynərdin İlahi..

Mavi Vəkil 2018-09-11 11:43:21

N.V.Paşinə dəуil, Azərbaуcana, paутaxт Gəncə və Bakıуa isтehzası duуulur ki, biz şüarla Sizləri azdırır, erməniуə тorpaq, ingilisə sərvəт verir, Kremlə-Lavrova həmkar oluruq. Bu MM və s. alт müxalifəтlə lüтləşdirdiуi xalqa laуlasıdır. Uуumaуan "içəri", iri pullular "xaricə"! 11 min kv.km-i 25 il düşməndə gizlədən, iki Qarabag тorpagı üçün "üzünü belə cırmaуаn" "Aqrar ishalçı"dan nə gozləуirdiniz? Aтa уurdu saтqınlarına Bakıda vəzifə və evlər? Тəki, daşnaq mafiуası razı qalsın siуasəтi!

Əsəd 2018-09-11 11:43:21

Necə deyər gülən axırda güləndir.Kaş 25 ildə heç olmasa bircə rayon alandan sonra xalqa öz dişlərinizi göstərəydiniz.Çox utandırıcıdır.Erməni işğalçıdır, o nə desə yaraşır.Yəni qalibləri mühakimə etmirlər.Bizsə sakitcə dayanıb bu atmacalara dözməliyik, ta ki torpaqlarımızı işğaldan azad edənə kimi.Adam da sifət olmalıdır.Yəni sizin evladınız yoxdurmu?Bu sualları sizə vermirlərmi?

Ədalət 2018-09-11 11:43:21

Deputatın düşüncə tərzinə sadəcə heyrətlənmək olar.

Oqtay 2018-09-11 11:43:21

Bu adam bunları oxuyub az da olsa xacələt çəkirmi görəsən?

KİRVƏ 2018-09-11 11:43:21

Yazirsiniz ki,Pasinyan torpaqlari gec-tez qaytaracaq.Gec sozun bir de demeyin.Tezlikle sozu daha yaxsi olardi hormetli Millet Vekilimiz.

Alı 2018-09-11 11:43:21

Sərək sərək danışmaqla bu Eldar elə bilir ki, nəsə normal bir şey dedi və buna inandılar.Nəyə gülürsən və kimə lag edirsən ay Eldar?25 ildir İşgalda olan Paşinyanın torpagı deyil e Azərbaycanın torpagıdır a .... niyə dişini agardırsan? ....Sən 25 ildi hakimiyyətdəsən amma torpaqların qayıtmır ki qayıtmır.HIRILDAMA

aysberq 2018-09-11 11:43:21

Eldar müəllim, İrəvana çatmamış əvvəlcə Basarkeçərdə bir çay içərsiniz sonra yola davam edərsiniz. Birdən yorulub edərsiniz bu qədər uzun yolda.

müharibə əlili 2018-09-11 11:43:21

Eldar paşinyanla "ağırtaxtalı LAZIM müəllim"i tanış etmək istəyir deyəsən, UĞURLAR!

X 2018-09-11 11:43:21

UTANMASAN OYNAMAGA NE VAR TALANCILAR

Экс coban 2018-09-11 11:43:21

Hormetli Mirze muellim AG bey,bir ELDARNAME de yazsaniz cox ela Olaf.

Azerbaycanli 2018-09-11 11:43:21

Utanmasan oynamaqa ne var ki, nece oynayirsan oyna lap ... ac oyna.abir heya vicdan yaxwi weydir eger olsa.

ilqar 2018-09-11 11:43:21

dostum senin qarsimda bas eyirem gozel ziyalimiz G M

Faiq-ə 2018-09-11 11:43:21

Qardaş yəqin Cocuq Mərcanlı rayununu deyir də bəə...

Seçici 2018-09-11 11:43:21

Bu deputatın ağlı yoxdur. Bunların ağlı ciblərinə və onları təyin edənlərə işləyir. Bu deputat(deputat demək olarsa) deyir erməni paşinyan düşmən boş-boş guruldayır. Ayə erməni torpağın yarsını alıb 25 ildir də oturub üstündə bir kənd də geri alınmayıb. Ancaq siz YAP çılar gələndə dediniz erməni kimdir ə biz gələn kimi erməni özü qaçacaq. müharibə edib torpağı alamaq lazım. Ölmək ölməkdir xırıldamaq niyə kişi kimi ölmək

Musu 2018-09-11 11:43:21

Yene naxcivan qeyretli cixdi...

Akif 2018-09-11 11:43:21

....Əgər belə qüdrətlisinizsə, İrəvana getmək lazım deyil, Qarabağı və ətraf rayonları erməni qəsbkarlardan azad edin....

Məmməd 2018-09-11 11:43:21

Bezi insanların müayinə edilməsinə ehtiyac vardır, özü də gecikdirilmədən.

VƏLİ 2018-09-11 11:43:21

...............DÜŞÜNMÜR VƏ YA DÜŞÜNƏ BİLMİR Kİ, QARABAĞDAN BAŞQA DAHA NEÇƏ RAYONLARIMIZ ERMƏNİ TAPDAĞI ALTINDA,ƏHALİSİ QAÇQIN QALIB.bELƏ DEPUTLARI OLAN PARLAMENT, ETİNASIZ,ÖZÜNDƏN RAZI NAZİRLƏRLƏ 25 İLDİR YERİMİZDƏ SAYIRIQ, yALANLARLA GÜNÜ GÜNƏ SATIRIQ.ABIRSIZLIQ BAŞ ALIB GEDİR. .

ayzek 2018-09-11 11:43:21

ermənilər boş-boş guruldayır,amma siz də heç yağmırsınız.

saxavat Mikayilov 2018-09-11 11:43:21

Ay bedbext deputat ermeniler Azerbaycan torpaqlarinin 20%-i ishgai edib SEN ise nagil danishirsan NIYE? ChunkiGuclu Ordumuz ve Guclu Iqtisadiyyatimiz AT oynadir Haralarda Dunene baxib xecalat chekmelisen Niye? chunki meglub olmush DOVLETIK-anladinmi? inanmiram

NURəddin 2018-09-11 11:43:21

PAŞİNYAN ERMƏNİLƏRİ TOVLADIR, BƏS SƏN KİMİ TOVLADIRSAN?

G.M 2018-09-11 11:43:21

Olsun ki,Az.Politika bu yazımı verməsin ancaq yazacam..Paşeniyan bizə düşmən olsa da, öz ölkəsinin əsil vətəndaşıdfır, ermənilərin gələcəyi uğurunda savaşır....Eldar İbrahimovun kimliyi, Vətəni qarşısında Vətəndaşlığı, xidməti nədən ibarətdir?

EJDER 2018-09-11 11:43:21

MOLODES

Faiq 2018-09-11 11:43:21

bu kişi nə deyır? hansı rayonumuz düşməndən geri alınıb?.

EJDER 2018-09-11 11:43:21

O DIQA MUHARIBE ISTEYIRSE,BES NEYI GOZLEYIRIK.LAZIMI.O GIRILDADIR.......QARDAŞININ KECMIW KUREKENI NECEDIR?....VICDAN.

Абдулла 2018-09-11 11:43:21

Eldar İbrahimovun bu tarixi yazısına millət vəkillərinin münasibətinin neçə olduğunu bilmirəm, amma məktəb şagirdləri bu yazını oxuyub, nə fikirləşəcəklər?

Son yazılar