Azərbaycanlını öldürənlərin yandırılmış avtomobili tapıldı

İyulun 26-da Kremençuq meri, həmvətənimiz Oleq Babayevə bu maşından atəş açılmışdı

Kremençuq meri Oleq Babayevin qatillərinin yandırılmış avtomobili tapılıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna milis əməkdaşları Poltava vilayətinin Qlobinsk rayonunda ağ rəngli “VAZ-2108” avtomobilini yandırılmış halda aşkar ediblər. İyulun 26-da Kremençuq meri, həmvətənimiz Oleq Babayevə bu maşından atəş açılmışdı.

Bu barədə jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Poltava vilayəti üzrə idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yuri Sulayev məlumat verib.

Milisdə təsdiq ediblər ki, Kremençuq merinə hücum edən cinayətkarlar iki nəfər olub və onlar merə hücum zamanı bu avtomobildən istifadə ediblər.

İstintaq və ekspertiza tədbirləri davam edir.

Xatırladaq ki, Kremençuq şəhərinin meri, azərbaycanlı Oleq Babayev iyulun 26-da güllə ilə vurulub.

Onun “Mersedes” markalı avtomobilinin yanında dayanmış ağ rəngli “VAZ-2108” avtomobilindən merə üç dəfə güllə atıblar. Oleq Babayev hadisə yerində keçinib.

Oleq Babayevin dostları və yaxınları cinayətkarların axtarılıb tapılmasına görə pul mükafatı təyin ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar