Gürcüstan TV-si gürcü fanatlarını tənqid etdi – Video

"Bakcell Arena"da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstanın "Çixura"sı arasındakı ilk oyunda gürcü fanatlarının təxribatları barədə məlmat vermişdik.

Axar.az “İmedi” telekanalının rəsmi saytına istinadən xəbər verir ki, telekanalın xəbərlər proqramının hazırladığı süjetdə gürcü azarkeşərin hərəkətləri ciddi tənqid olunub.

Verilişə canlı qatılan Gürcüstanın Bakıdakı konsulu Nikoloz Qoqitidze gürcü fanatlarının hərəkətlərini psləyərək, xəritə qalmaqalını təxribat adlandırıb. Konsul bu məsələdə hamını, o cümlədən gürcü fanatları diqqətli və ehtiyatlı olmağa çağırıb.

Xatıradaq ki, qarşılaşma başlayan kimi, "Çixura" fanatları "Neftçi"nin azarkeşlərinin əyləşdiyi sektorlara plastik su qabları atmağa başlayıblar. Lakin bu münaqişə tezliklə yatırılıb. Az sonra isə gürcü tərəfdarlar xəritə açıblar. Xəritədə Azərabycanın iki şəhəri - Qax və Zaqatala Gürcüstan ərazisi kimi göstərilib. Bu isə fanatlar arasında növbəti qalmaqala səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar