Şəhidlərin dəfnində ürək dağlayan görüntülər

Ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən daha biri - İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib. APA TV-nin məlumatına görə, şəhid Elnur İbrahimov Qubanın Vladimirovka kəndində torpağa tapşırılıb.

Şəhidin cənazəsi qulluq etdiyi hərbi hissənin rəhbərliyinin müşayiəti ilə altı ay əvvəl hərbi xidətə yola salındığı evinə gətirilib.

Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdam istiqamətində şəhid olan hərbçilərdən 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov isə Salyan rayonunda torpağa tapşırılıb.

Şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.

Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar