Ərdoğan da dövlət himnini bilmirmiş - Video 

Gülən camaatının media orqanı kimi tanınan "Zaman" qəzeti Ərdoğanı bu dəfə İstiqlal Marşı ilə vurdu.

"Zaman"-ın yaydığı videodan məlum olur ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin dövlət himni olan İstiqlal Marşını səhv oxuyur.

AzPolitika.info-nun məlumatına görə, Ərdoğan, 2010-cu ildə AKP-nin təşkil etdiyi Mehmet Akif Ərsoyun 74-cü il dönümünə həsr olunmuş tədbirdə İstiqlal Marşını düzgün oxuya bilmir. Belə ki, İstiqlal Marşının son bəndində "Olsun artıq tökülən qanlarımın hamısı halal", misrasını "tökülən qanlarımın hamısı halal" şəklində səhv, olaraq oxuyur.

Qeyd edək ki, prezidentliyə namizəd olan Ərdoğan, Mehmet Akif Ərsoyun qəbrini ziyarət edən rəqibi Ekmələddin İhsanoğlunu dövlət himnini bilməməkdə ittiham edirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar