GÖMRÜK KOMİTƏSİNİN ŞÖBƏ RƏİSİ HƏBS EDİLDİ - Rüşvət alarkən yaxalandı

Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən azad edilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə komitənin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

635x100

Şərhlər

Şəkili 2018-09-11 18:52:33

Şəkinin İH-nin məmurları nə vaxt həbs olunacaqlar...?

patriot 2018-09-11 18:52:33

Vay vay nə biabrciliq bir dənə bu idi ruşvətxor onuda tutdular şükür

Akif 2018-09-11 18:52:33

Belə gülünc faktları nə üçün dərc edirsiniz? Axı alınan 2500 manat rüşvət məmur elitasının sərvətləri ilə müqayisə ediləsi deyil. Ayıbdır bunu dərc etmək.

G.M 2018-09-11 18:52:33

Adamın tükləri biz-biz durur..Gömrükdə ``rüşvət``..Vay,vay.Deməli rüşvətxorluq ``Bizim Dağlara da gəlib çıxdı``.Karrupsiyayla mübarizə apardığımız yerdə bu hardan gəldi,çıxdı ortalığa.Xaiş edirəm araşdırın,dəqiqləşdirin.Xalqı intizarda saxlamayın.bəlkə,``şapkanı`` deyirlər.

Son yazılar