GÖMRÜK KOMİTƏSİNDƏ NÖVBƏTİ ŞOK DƏYİŞİKLİK - Heydərovun yeznəsi işdən uzaqlaşdırıldı!

Dövlət Gömrük Komitəsində daha bir sensasiyalı dəyişiklik baş verib.

"AzPolitika.info"ya daxil olan məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların, daha dəqiqi, onun komandasının Gömrük Komitəsindən uzaqlaşdırılması prosesi son günlər daha da sürətlənib.

Belə ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə cənab Heydərovun Komitədəki ən yaxın qohumunu - bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb. Onun yerinə artıq təyinat da olub. S.Mehdiyev bu vəzifəni özünün tələbə yoldaşı olan Fərhad Babayevə həvalə edib.

Faiq Şahbazov

Beləliklə, Dövlət Gömrük Komitəsinin "heydərovçu" komandadan təmizlənməsi prosesinin getdiyi bir daha təsdiqini tapmış olub. Siyasi müşahidəçilər Gömrük Komitəsinin yeni sədrinin bu siyasətini anlamaqda çətinlik çəkirlər. Məsələ ondadır ki, S.Mehdiyevin özü də uzun illər məhz Heydərov komandasının ağır çəkili üzvlərindən biri olub. Təsadüfi deyil ki, K.Heydərov gömrüyün "boz kardinalı" funksiyasını məhz ona həvalə etmişdi.

Bəzi məlumatlara görə, K.Heydərov Gömrük Komitəsinin sədri olmaq uğrundakı mübarizədə S.Mehdiyevi yox, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovu dəstəklədiyindən Komitənin hazırki sədri keçmiş şefinə asi çıxıb...

Onu da xatırlatmaq yerinə düşər ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə bir neçə ay əvvəl - ötən ilin dekabrında təyin olunmuşdu. Bundan əvvəl o, Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində işləmişdi. Lakin Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmi 1 gün əvvəl F.Şahbazov həmin vəzifədən istefa vermişdi.

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Ramiz 2018-09-16 13:38:32

Səfər Mehdiyev Fitri istedadina gore yox,Kemaleddin muellime gore 1-ci muavin olmusdu!amma yaritmirdi, baxmyaraq ki sedrin funksiyalarini icra edirdi! Kamal muellimin zengi gelende sanki onu tok vururdu! indi de gomrukden qovalanmis insanlari tezeden getirib vezife verir, 5 inci muavin qoyur, basin itirib, ixtisasli tecrubeli kadrlari ise uzaqlasdirir, son muddetde 400 qeder emekdas haqsizlara etiraz elameti olaraq istefa verib,4 idare yaradib!Tovuzlu sakin Tiflisden aldigi masini bakida gomruk edir niye?

asif 2018-09-16 13:38:32

gomruk onsuz da oliqarxlarin maraqlarini qoruyur.hesen olmasin husen olsun ne ferqi?

xuraman 2018-09-16 13:38:32

Səfər kim idi onu o səviyyəyə Heydərov catdırıb cox işləmız insallah

Arzu 2018-09-16 13:38:32

K.Heydərovu vəzifədən uzaqlaşdırsalar daha yaxşı olar, son 20 ildə ölkə iqtisadiyyatına çox ziyan vurub

vekil 2018-09-16 13:38:32

teki yaxsi adam olsun lakin ondan da yaxsisini durrustuni tamahsizini tapib evezlemek lazimdir birde ki besdir de ne qeder tapislilar isleyecek bir az da zulumle oxuyub bitirmisletr islesin

Islam mellim 2018-09-16 13:38:32

vusal novruzov cox yaxsi kadr idi.vicdanli adam idi

Son yazılar