Ağdam rayonunda bir ədəd top mərmisi aşkarlanıb

Sentyabrın 11-də saat 17:04-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 17:47-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Çəmənli kəndində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri bir ədəd 125 millimetrlik top mərmisi (BM-26) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 2000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bu il yanvarın 1-dən sentyabrın 11-dək ANAMA tərəfindən 4365 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə on mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 237 min 215 kvadratmetr ərazi yoxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar