İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkənin valyutası böhran riski altındadır

İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkə - Şri-Lanka, Cənubi Afrika Respublikası, Argentina, Pakistan, Misir, Türkiyə və Ukrayna valyuta böhranı riski altındadır.

“Report” "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın "Nomura Holdings Inc" bankının analitiklərinin icmalında qeyd olunub.

Bildirilir ki, bu ölkələrdən beşi artıq valyuta böhranı yaşayır və ya Beynəlxalq Valyuta Fondunun proqramını icra edir. CAR və Pakistan onların sırasına daxil deyil.

Analitiklərin məlumatına görə, səkkiz EM ölkəsi daha az böhran riski təsiri altındadır. Bunlar Braziliya, Bolqarıstan, İndoneziya, Qazaxıstan, Peru, Filippin, Rusiya və Tailanddır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar