"XƏYANƏT və RÜŞVƏT BAĞIŞLANMAYACAQ!" - Komitə sədrindən qəribə xəbərdarlıq

"Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq".

Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O, eyni zamanda rüşvət vermək istəyənlərin də məsuliyyətə cəlb ediləcəyini bildirib.

Mətbuat konfransında çıxış edən Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb: "Komitənin daxili istintaq idarəsində kemidirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib".

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında sərhəd keçid məntəqəsində sıxlığın aradan qaldırılması məsələsinə də toxunub: ""Sınıq Körpü" sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.  Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.  Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq".

O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: "Bu çərçivədə iki yeni baş idarə yaradıldı. Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi  1 milyon 500 min insana xidmət göstərib.  Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə " Qırmızı körpü" sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib".

S.Mehdiyev qeyd edib ki,  8 ay ərzində 250 gənc kadr işə götürülüb: "Bu müddətdə həmçinin 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i  cinayət xarakterli olub. Bu da 6 milyon 135 min manat məbləğində vəsait təşkil edib.  Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150 fakt qeydə alınıb.  Bu da 1 ton 19 kq 906 qram narkotik vasitə deməkdir.  169 nəfər narkotik vasitə keçirən şəxs tutulub. Onlardan 132-si  Azərbaycan vətəndaşı, 37-si isə əcnəbi olub". 

Komitə sədri həmçinin əlavə edib ki, struktur islahatları komitədə ixtisara səbəb olmayıb: "Sadəcə təkrarlamalar aradan qaldırılıb".

****

Gömrük Komitəsi sədrinin öz əməkdaşlarına "xəyanət və rüşvət" xəbərdarlığı maraq doğurur. Rüşvət, korrupsiya məsələsini anlamaq çətin deyil. Bəs XƏYANƏT xəbərdarlığı nə deməkdir? Bir gömrük işçisi kimə və necə xəyanət edə bilər? Burda xalqa, dövlətə, yoxsa rəhbərliyə XƏYANƏTDƏN söhbət gedir? 

Hər 2 halda bu xəbərdarlıq o qədər də yerinə düşmür. Dövlətə xəyanət, əlbəttə ki, ən ağır cinayət sayılır və təbii olaraq Gömrük Komitəsi rəhbərliyinin bu halda hansısa bağışlamasından söhbət gedə bilməz.

Rəhbərliyə sədaqət və xəyanət məsələsinin isə belə açıq şəkildə qoyulması çoxlu suallar doğurur. Məsələn, sual oluna bilər ki, bir gömrük işçisi rəhbərliyə necə xəyanət edə bilər? Bəli, əvvəllər xəyanət məsələsi aktual ola bilərdi. Lakin indi şərait dəyişib axı. Hazırda Gömrük Komitəsində hansısa gizli sövdələşmələr, monopoliya, "qara kassa", paket kimi hallar yoxdursa, deməli xəyanət mühiti də olmamalıdır. 

Görünür hörmətli komitə sədri XƏYANƏT xəbərdarlığını köhnə alışqanlıqdan dolayı dilə gətirib... 

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Sahibkar 2018-09-12 11:21:05

BU adam gömrükdə rüşvətin,korrupsiyanın içinndən çıxan adamdır.Bunun belə şıxışları təəcüb doğurur.inandırıcı görünmür.Nəsə başqa gizli məqsəd daşımaq məqsədi güdülür.Axı bunlar bir bezin qıraqlarıdır.Bunlardan təmiz iş gözləmək sadəlövhlükdür.

Həbib 2018-09-12 11:21:05

BU NAZİRİN DEDİKLƏRİNƏ İNANMAQ BİR AZ ÇƏTİNDİR. YƏQİN YÜNGÜLVARİ RÜŞVƏTƏ SON QOYULACAQ,ANCAQ NORMAL VƏ BÖYÜK SUMMALAR ALINACAQ. 60 İLDƏ EYNİ KÖKƏMDƏN KLANLARDAN OLAN İLİYİNƏ QANINA İŞLƏYƏN, XƏMİRLƏRİ RÜŞVƏTLƏ TALANLA YOĞRULAN MƏMURLARA BUNU TƏRGİTMƏK ÇƏTİN OLACAQ.

İlgar 2018-09-12 11:21:05

Hər gəpiyi OBŞAKA!!!

Cəmşid Dərələyəzli 2018-09-12 11:21:05

Çox yaxşı "Əhsən". Allah işinizi avand eləsin. Lakin cənab sədr mətbuatdan oxuduq ki, son konfransada onu da qeyd emisiniz ki, struktur yenilənib indi keçid məntəqələrində 5 adamın yerinə bir adam saxlamışıq. Bəlkə də bu səbəbdəndir ki, son vaxtlar Bakı Baş Kömrük idarəsinə, Keçid məntəqələrinə, Hava Nəqliyyatına gedəndə görürük ki, vəziyyət son vaxtlar daha da qəlizdəşib. .Bəlkə ona görədir ki, hər yerdə uzun quyruqlar yaranır. Bakı Baş Kömrük idarəsində Maliyyə şöbəsində yüzlərlə adam oturub, lakin sahibkarlar günlərlə gözləyirlər. Bilirsiniz nədən, çünki heç kimin rəsmi sənədlərinə məhəl qoyulmur. Heç kim onun maliyyə işini aparan maliyyəçiyə yanaşa bilmir ki, desin mənim malımın qiymətlərini nə səbəbə sünii surətdə artırırsınız.. Onsuzda kömrük rüsum dərəcələri kifayət qədər artırılıb..Bu səbəbdəndir ki, iki həftə öncə orada olanda kömrüyün öz əməkdaşı deyir, hələ bu idarənin həyətində 1200 tırın yığılıb qaldığı olmamışdı. Düz deyir Binəyə və Bayıla tərəf quyruqları gözümlə gördüm. Çünki həyətdə yer yox idi. Cənab sədr buna nə deyəcəksən. Bilirmisinizmi ki, süniii qiymət artımı eyni zamanda sahibkarların maliyyə hesabatlarına da mənfi təsir edir.Bələ ki, bu amil ƏDV bəyannaməsindəki dövriyyə ilə, Mənfəət vergisinin bəyannaməsindəki dövriyyə arasında təzad yaradır. Düşünürəm ki, Sahibkarlığın bu vəziyyətdən xilası yolu, Kömrüyü Vergilər Nazirliyi ilə birləşdirib, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsini isə vermək lazımdır Asan xidmətə. Yoxsa bu vəziyyətlə sayənizdə, cənab Prezidentin bu sahədə qarşıya qoyduğu hədəflərə ulaşmaq çox zaman aparacaq.

Atalar sözü 2018-09-12 11:21:05

"AVAZUN YAXÇUDUR-OXUDUĞUN YA QURAN, HEÇ OLMASA MUĞAM OLSA!"

Veteran 2018-09-12 11:21:05

Uzde bir soz deyib arxada bawqa emelle mewgul olursunuzssa aldiqlarinizi dermanlara xercleyesiniz!!!

Oxucu 2018-09-12 11:21:05

Yani deyir ki, kim rüşvet alıb bize çatası "qanuni" 36%-e xeyanet etse o bağışlanmayacaq. A kişi 36% vergi olar? İnsan pul qoyub mal getirir , risq edir( bezen bankrot olur)heç 10-15% qazana bilmir. Gömrük beri başdan 36% alır ve canın cehenneme di get deyir! Çox adam mal getirir sonda rastamoşkaya pulu olmur ki, malını çıxartsın.

G.M 2018-09-12 11:21:05

Xəyanət edənlər S.Müslümovun,EMahmudovun həyatını,``taleyini`` yaşayır.Olmaz,..... hər yerindən qalxan ``xəyanət`` eləsə,``əsas büdcə`` viranə qalar....xəyanət kasıbların həyatına olar,fermerin bostanına,mal-qarasına,pambığın çəkisinə,yolların tikintisinə və.s.Rüşvəti də həmçinin.JEK müdiri,Sahə müvəkkili,icra nümayəndəsi,mantyor və.s binəva almamalıdır.

Hər şey adı ilə çağırılmalıdır! 2018-09-12 11:21:05

Kömrük komitəsindən müntəzəm məlumat verilir ki, komitə işçilərindən nəfər işdən xaric edildə və həfər vəzifədən aşagı keçirildi və nəfər üçün tənbeh tədbiri seçilib.Çox yaxşı. Kömrükdə hansı sistemlə işə götürülür? İş pozanlar hansı rayondan daha çoxdur? Biləsuvar kömrüyündə işləyənlərin əksəriyyəti başqa yerlərdən gəlirlər.Yaxşı olmazdı yerlilər işləsəydi bu da işsizliy xeyli aradan qaldırardı! Rayon rəhbərliyə iş üçün müraciət edəndə deyirlər kömrük işinə rayon rəhbəri qarışa bilməz. Bu niyə olmalıdı

samir 2018-09-12 11:21:05

kylmeli mentiq

Müfəttiş 2018-09-12 11:21:05

Rüşvətsiz gömrük olmaz.Xəyanət isə, vətəndaşlardan qoparılanlan pulların yuxarılardan gizlədilməsinə deyilir və həqiqətən də bağişlanmazdır...

vızz 2018-09-12 11:21:05

Xəyanət deyəndə bu cənab "şəffaf şüşə arxasında oturmuş" gömrük işçilərinin "Vahid Pəncərə Sistemi" ilə yığılan "şapkanın" sirrini çölə çıxardanları nəzərdə tutur. Amma "korrupsiya məsələsi" çox qaranlıqdır. Axı 25 ildir ki, Yapon İmperatorları (Z.H.) "korrupsiyanı bir alaq otu kimi" kökündən çıxarıb atmışdırlar. Korrupsiya deyənlər erməni yel dəyirmanına su tökənlərdir.

- 2018-09-12 11:21:05

Reallıqda olmasa da , bu sözləri deyibsə yenə afərin. Cünki bizim məmurlar, deputatlar və ailə üzvləri hind Racaları kimi xalqa acıq vermək, əskiltmək ücün dəridən - qabıqdan cıxırlar.

Aydın 2018-09-12 11:21:05

Guya özü quru maaşa dolanıb indiyədək, buna sinizm deyirlər....İnsanlar çörəyi qulağına yemir.

R-n 2018-09-12 11:21:05

.....Vaxti ile gara kassanin yiyesi, goru neye eyham vurur.Yeni ne varsa..

müəllim 2018-09-12 11:21:05

Nə vaxtdan sonra?Yəqin gömrükçülər artıq doyublar.Axı onlar 20-30 ildir gömrükdədirlər.Bu illərdə nələr etmyiblər.Ancaq,inanan daşa dönsün.Sadəcə yuxarıya deməmiş belə iş görməsinlər deyir.

Son yazılar