Pensiyaçılar üçün rahat ölkələr

“Natixis” beynəlxalq maliyyə korporasiyası pensiyaçıların yaxşı yaşadığı ölkələrin reytinqini tərtib edib.Novator.az-ın məlumatına görə, 43 ölkənin daxil olduğu siyahı iqtisadi, maliyyə və sosial sahələr üzrə 18 aspektin analizi əsasında müəyyən olunub, bu fonda tibbi xidmət səviyyəsi, güzəştlərin verilməsi, ümumi həyat səviyyəsi kimi məsələlər nəzərə alınıb.

Siyahıya İsveçrə başçılıq edir. Sonrakı pillələrdə İslandiya və Norveç qərarlaşıb.

Pensiyaçılar üçün əlverişli ölkələrin ilk onluğunda İsveç, Yeni Zelandiya, Avstraliya, İrlandiya, Danimarka, Kanada, Niderland da yer alır.

635x100

Şərhlər

ARİF 2018-09-12 20:58:40

Mən arzu edirəm pensiyaçılar üçün rahat ölkələr sırasında Azərbaycan Niderlanddan sonra gəlsin

Son yazılar