“PREZİDENTİN KOMANDASINDA PİS ADAMLAR VAR!” - Deputat kimləri hədələdi?

"Bir də görürsən, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı"

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun istismarına 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya avtomobil yolu yenidən təmir olunur. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, bu yol ölkənin ən bahalı tikinti layihələrindən biridir.

Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb. Layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov tikintiyə 30 illik zəmanət versə də, yolun dayanıqlılığı heç 3 il də çəkmədi.

Ziya Məmmədovun nazir olduğu zamanlarda aidiyyatı qurumların açıqlaması “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”a kökləndi...

Görünən odur ki, milyonlar sərf edilən yolun dağılması nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəydi. Bəs həmin vaxt yolun istismar müddətinə 30 il zəmanət verən Ziya Məmmədov məsuliyyət daşımırmı?

Yamaqlı yollar şəhəri Bakı...

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, bir qayda olaraq, vəzifəsinə xitam verilmiş adamlar haqqında fikirlər söyləməkdən uzaqdır: “Amma görünən problemlər məni danışamağa vadar edir. Təqribən on beş gün əvvəl Bakı-Quba yolundan istifadə etdim. Yol sözün əsl mənasında bərbad gündədir. Milyonlar sərf edilərək salınan beton yol çox pis vəziyyətə düşüb. Qəribədir ki, istismar müddət 20-30 il nəzərdə tutulan yol artıq dağılıb. Rusiyanın Qəbələdə hərbi xarakterli stansiayası vardı. Ora beton yol çəkilmişdi. Üzərindən 40 il keçməsinə baxmayaraq, yol hələ indi-indi deformasiyaya uğrayır.

Təəssüf ki, Bakı-Quba yolu ilə bağlı bu fikirləri səsləndirə bilmirik. Ölkə Prezidentinin ən çox diqqət etdiyi sahələrdən biri də yollardır. Demək olar ki, ölkə Prezidenti hər gün müxtəlif yolların tikintisi, təmirilə bağlı sərəncamlar imzalayır, dövlət büdcəsindən vəsait ayırır. Bunlar, təkcə magistral yollarla bağlı deyil, həm də kənd və qəsəbələrarası yolların müasir səviyyədə qurulması ilə bağlıdır.

Bu sərəncamlardan irəli gələn məsələlərin icrası xüsusi məsuliyyət tələb edir. “Yola vəsait ayrıldı, təmir etdik”lə iş bitmir. Qəribəsi budur ki, indi düzəldilən yolların da keyfiyyəti aşağıdır. Bilirsiniz, bir il əvvəl Salyan rayonun Düzənlik kəndinə çəkilən asfalt yol bərbad vəziyyətə düşüb, çalalar əmələ gəlib, su yığılıb və s. Bakının özündə çəkilən yollara nəzər salaq, nə qədər yamaqlar var. Götürək, Bakı-Sumqayıt yolunu. Yaxud “Neftçilər” prospektindən başqa, hansının istəyirsiz adını çəkin. “Neftçilər” prospekti cənab Prezidentin mütəmadi istifadə etdiyi yoldur deyə, oranı başdansovdu təmir etməyə cürət etmirlər. Bakı sanki yamaqlı yollar şəhəridir. 5-6 il əvvəl çəkilən yolların hamısı çöküb, ya da yamaq vurulub. Hesab edirəm ki, yol tikintisilə bağlı yaradılan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bunlardan nəticə çıxarmalıdır. Elə etməlidirlər ki, Ziya Məmmədovun səhvləri təkrarlanmasın”.

“Dünənə kimi sadə şalvarda gəzən məmur, bu gün...”

Deputat qeyd edib ki, ölkə başçısı lazımı göstərişlər verir, amma: “Geri qalanlar isə hüquq mühafizə orqanlarının və müvafiq qurumların öhdəsinə düşür. Siyasətçi problemi aça, onun haqqında fikir söyləyə bilər. Amma söylədiyimiz fikirlər söz olaraq qalmamalıdır. Məmur məsuliyyəti var. Məmur məsuliyyəti hər bir insan tərəfindən dərk edilərək, riayət olunmalıdır. Ya yol işçisidir, ya həkimdir, yaxud hansısa rayonun icra başçısıdır, fərq etməz. Kim olur olsun, üzərinə düşən məsuliyyəti dərk etməlidir, cibinə işləməli deyil. Xalqın mənafeyinə və maraqlarına, dövlətin güclənməsinə, məmləkətimizin yüksəlməsinə, ölkə Prezidentinin qoymuş olduğu hədəflərə töhfə vermək haqqında düşünb xidmət etməlidir. Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.

“Büdcəni talayanların hamısının yeri Qobustan olacaq”

F.Ağamalının sözlərinə görə, dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq: “Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq. İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək. Ölkə Prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirlərşirsən ki, adam daha nə etməlidir?! Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq.

1-2 ay əvvəl ölkədə baş verən prosesləri, dövlət başçısının bununla bağlı atdığı addımları göz önünə gətirsinlər. Mən tam əminəm ki, baş verənlərlə bağlı proses hələ tamamlanmayıb. Prezident imzasını atıb, geri qalanın məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə düşür. Yəqin ki, onlar da məsələləri araşdırıb hüquqi qiymət verəcəklər. Bu gün Azərbaycan xalqı Prezidentlə bərabərdir. Mən istərdim ki, məmurlarımız elə şərait yaratsınlar ki, xalq da onlarla olsun”.

635x100

Şərhlər

Borcda batan Samuxlu 2018-09-13 10:32:57

.....Fədakarlıqda ad qazanmış ağayi-Fəzail əfəndiyə adi bir vətəndaş kimi çox sadə sualım var: Samuxun Sərkar kəndindən Qarayeri qəsəbəsinə gedən yolun kənarında sahib olduğunuz hektarlarla istixana komplekslərində işlətdiyiniz təxminən 170 min manatlıq elektrik, 260 min manatlıq təbii qaza görə yaranmış borcu ödəmədiyiniz üçün Sizə də Qobustan reysinə pulsuz bilet veriləcəkmi?

Ənvər qızına 2018-09-13 10:32:57

Maraqlıdır,bəs Prezident onun etimadını doğrultmayanların əməllərinə niyə göz yumulur?Bax, neçə nazir,sədr işdən çıxarıldı.Məs.Fazil və Ziya Məmmədovlar, İbrahimov,Mahmudov, Müslümov və digərləri.Onların hərəsinin 1-2-5 milyard dollara qədər yeyinti,korrupsiyası ortaya çıxarıldı.Bəs sonrası nə oldu? Onlar hansı cəzaya düçür oldular? hər biri azadlıqda.sərbəs həyat sürürlər.Bəs o xalqdan oğurlanan milyarlar necə oldu? Dövlətə geri qaytarıldımı? Niyə ölçü götürülmədi?

S.Ənvərqızı 2018-09-13 10:32:57

Fezail müəllim,cənab Prezidentin sərəncamı ilə təyin olunan Rabitə Naziri Ramin Quluzadə tərəfindən,etdiyim müraciətləri araşdırıb qanuni tədbirlər görmək əvəzinə,göstərişlərə əməl edərək vətəndaşın şikayətinə baxmaq iqtidarında deyil ? Ramin Quluzadə öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına önəm verir? O, sabiq Rabitə Naziri,dövlətimizi,xalqımızı qəlbən sevən cənab Əli Abbasovun rəhmətə gedənlərinə dua oxutdurur. Şikayətimizə baxmır ?

patriot 2018-09-13 10:32:57

yaxşisini hec gormedim.yenede melikmemmedin naqillari

saxavat Mikayilov 2018-09-13 10:32:57

Hormetli deputat Siz yaxshi mbilirsiniz ki..... Bu olkede haqqi subut etmek mumkun deyil NIYE?

Tələt 2018-09-13 10:32:57

HEÇ ORDA ........

Redaktor 2018-09-13 10:32:57

Fezail muelim indikiler milyonlari talanedirler. Bu qurum da 15 min isci var deyifler amma 3000 min isci yox onlariin emek haqi texmi en her ayda 3 milyon manat menimsenilir.hele usdelik dovlet bu quru ma vesait ayirir. O ki qaldi cavid qurbanova onun qaranliq dunyasi var.

Oyanmish 2018-09-13 10:32:57

Cenab yeter insanlari axmaq yerine qoydunuz.Her kes her sheyi yaxshi bilir.Bu nagillar camaati artiq bezdirib.

miri 2018-09-13 10:32:57

"Anam kündədən kəsir, atam kündə sayir. Sonrada doqra doyunca ye deyir"- belə bir deyim var. "Kəsilən kündələr" hara getdi, "sayılan kündə" hara getdiyini sən hamıdan yaxşı bilirsən (yazmıram ki, moderator "qaycilama"sin).Indi "doyunca yeyən" i qınamağa nə var ki! Onuda bilməmiş olmazsınız, "kündə sayan" bilsəki, "doyunca yeyəndə" "dişə batan" bir şey var, çoxdan "tədbir" görər.Hər şey getdi O.Benderin "avantürist planları"nə.Yat,yuxun şirin olsun.Duranda danışarıq.

Ağsaqqal 2018-09-13 10:32:57

Fəzail müəllim mən başa düşmürəm sizi,yəni siz də olsa bilmirsiniz bu milləti,Dövləti dağıdanlar kimlərdir? Çox yaxşı bilirsiniz....

Pis kimi Adam 2018-09-13 10:32:57

İxтiуarın уıxdıgı agacına kənae MM balтası gec, уersiz, və ünvansız səslənib. Nazirdən уuxarı Dovləт-PA komandası və siуasi xəуalı тexniki əsaslandıran hokuməт-NK var? Kiçik Oguz üçün S.Məmmədova 9,4 mln. aуrılıb. Maraqlı MV həmin məbləgdə уola nə doşənəcəуi ilə P/komandasının bir üzvünü də тanıуa bilər. Ancaq, ilk şərhdə ABŞ daşnaq-mafi hüquqçusu(Kluni) adından уuxarı paу 30-51 dəуil, 70% gosтərilib.

Insanov 2018-09-13 10:32:57

İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək.Sene tarixci deyenin dili gurusun. Bu meherem ayinda olan hadiseleride bilmirsen. O qilin Ali a.s olub.

G.M 2018-09-13 10:32:57

Tamahımız ``Cırıq``,Yollarımız yamaq,ərazimiz pərakəndə özümüz də arxayın bəndə.

kluni 2018-09-13 10:32:57

Hörmətli duputat! Son 25-30 ildə büdcəni talayanların yeri Türkiyədir. Əvvəlcə şərikə işləyirlər yəni 30 bunların, 70 o biri tərəfin. Axırdada o topladığı 30-un yarısını verir gedir türkiyəyə. Əmi canı heç bir qorxusu yoxdur. İmkanınız var keçin olun uzununa tullananlar naziri.

S.Ənvərqızı 2018-09-13 10:32:57

Ağamalı müəllim,cənab Prezidentin sərəncamı ilə təyin olunan məmurlar öz xidmətləri ilə dövlətimizə və xalqımıza sədaqətlə xidmət etsələr,vətəndaşlar heç vaxt dövlətdən narazı qala bilməzlər.Xalqı dövlətdən narazı salanlar,yalnız öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmayan məmurlardır...? Uzun illərdir ki,ailəm məmur özbaşnalığı nəticəsində əzab içində yaşamasına baxmayaraq,Rabitə Naziri Ramin Quluzadə müraciətimi araşdırıb,qanuni tədbirlər görmək əvəzinə,yalnız göstərişlərə əməl edir..?

Son yazılar