“NAZİR 2 OĞLUNU HƏRBİDƏN YAYINDIRDI...” – "7 ildə cəbhə bölgəsində onları görmədim"

“Ordu təkcə kasıb balaları üçün olmamalıdır! Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”.

“AzPolitika.info”nun məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlu KİV-lərdə yayımlanan yeni məqaləsində bildirib.

E.Sabiroğlu Qarabağ uğrunda savaşda xalqın birliyinin önəminə diqqəti çəkərək, daha sonra yazır:

“Nazir, icra başçısı, prokuror, polis rəisi barədə danışmağa ümumiyyətlə ehtiyac duymuram. Haliyədə nazir tanıyıram ki, iki oğluna da əsgəri xidmətə yararsız kağızı çıxartdırıb xaricə göndərdi. Məktəb direktorunun ovladına rast gəlmədim. Xəlil Rza və Sabir Əhmədov istisna olmaqla, hansısa xalq yazıçısının və şairinin, xalq artistinin, tanınmış müğəninin, iş adamının övladının səngərdə dayandığını xatırlamıram. İnsanı ağrıdan budur. Həlak olanlar da əsasən kasıb-kusubun, vəzifəsiz adamların balaları idi. Ancaq Vətən təkcə bunlar üçün deyil... Dövlət bu ədalətsizliyi aradan qaldırmaqla xalq içərisində öz nüfuzunu qaldırmış olar”.

Müdafiə Nazirliyinin sabiq sözçüsünün bu etirafı düşündürücüdür.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

moderatora 2018-09-13 11:33:13

Bu xəbərlər blokuna bu qədər şərhlər yazılır.O şərhlərin çoxunda faktiki olaraq ölkədə vəziyyət açıq göstərilir.Bunardan möhtərəm prezidentin xəbəri olmalıdır ki. görsün onun etimad göstrdiyi kadrlar ölkədə milətin başına nə oyunlar açır,vəziyyət necədi...Axı ölkə dağılır.

Cəmşid 2018-09-13 11:33:13

Bu adam Müdafiə nazirliyində işləyib və gözəl bilir ki, yüksək vəzifəli məmurların evladları hansı yollarla ( adlarını hərbi hissələrə yazdırmaqla_)hərbi bilet alırlar.BUrada söhbət bir nazirdən və ya bir şəxsdən getmir.BU sanki bir qaydaya çevrilmiş proqramdır.AZərbaycand 25-30 ildir ki,bu hal mövcuddur.İnanmayanlar,yüksək vəzifəli,hətta bir çox imkanlı sıravi məmurların evladlarının hərbi mükəlləfiyyətlərini yoxlasalar bu hal sadəliklə ortaya (hərbi hissədə davamiyyət listi)çıxacaqdır.

Gunew 2018-09-13 11:33:13

Vezifede olanda dilin niye girmiwdi qarnina hunerin catmirdi olanlari yazmaqa indi aslan kesilmisen

Sefa 2018-09-13 11:33:13

O şəraiti yaradanın biri ele sen özün olmusan.İndi dilin açılıb.

o.b.n 2018-09-13 11:33:13

Cənab sabiq rəis əgər kasıbların övladları düşmənlə döyüşməyi bacarırsa deməli, dövləti idarə etməyidə bacaracaqlar.Putinin erasına az qalıb.

bisavad 2018-09-13 11:33:13

İşdən çıxan məmurun oğurladığı pul dövlət büdcəsi ilə müqayisə olunandır.QARABAĞ kasıblara lazımdır ki onlar da varlansın.

Moshu 2018-09-13 11:33:13

...Məni maraqlandıran bir məsələ var, təsadüfən Səfər Əbiyev məhkəməyə verilsə görəsən Eldar Sabiroğlu ......

İlgar 2018-09-13 11:33:13

Bu ölkeni bu ğünə goyan sizin kimi insanlardir. Niyə indi? Nece ananin ğözü yaşli galib sizlərin ucundan?

Keçmiş SSRİ vətəndaşı 2018-09-13 11:33:13

İ.V.Stalinin,M.Bağırovun və o zaman ki,dövləti idarə edən bütün vəzifəli şəxslərim oğlanları ön cəbhədə vuruşublar.Ona görədə qələbə qazanılıb.İndi isə ən kiçik məmurun oğlu orduya getmir və ya getsə də cəbhə bölgəsindən çox uzaqlarda xidmət edirlər.

S.Ənvərqızı 2018-09-13 11:33:13

Hərbi xidmət keçməyən hər bir vətəndaş yüksək vəzifəyə təyin olunmamalıdır,ona görə ki,o Vətən qədri bilməyən,çətinlik görməyən hər bir şəxs dövlətə və xalqına sədaqətlə xidmət edə bilməz? Nazirlikdə vətəndaşın şikayətinə baxılmır, bu o deməkdir ki,nazirlikdə qanunlarımız işləmir,özbaşnalıqlar hökm sürməsindən xəbər verir və s. Dəfələrlə müraciət etməyimə baxmayaraq Rabitə Nazirliyində mənim şikayətimə baxan məmur tapılmadı,hər yer özlərinin saadsız,təhsilsiz kadrlarına iş tapılır,peşəkar kadra iş verilmir?

əli 2018-09-13 11:33:13

BUNU O VAXT DEMƏK LAZIM İDİ. İNDİ HAMI BİLİR HƏTDA KİÇİK MƏMUR UŞAQLARI DA VƏTƏN TORPAĞINI QORUMUR,İNDİ HAMI BİLİR VƏTƏNİMİZ VARVARSKİ TALANIR, İNSANLAR ALÇALDILIR, HASRINBLAR ÖLKƏNİ DAĞIDIR,QARABAĞI ERMƏNİDƏN ALMAQ HEÇ KİMİN VECİNƏ DEYİL. KİM NƏ DEYİR VAXTINDA DESİN TƏK ÖZÜNƏ UDAR VURULANDA YOX. QALDI DA Kİ SƏN DƏ ONLARDAN BİRİ İDİN DƏ. KASIB ƏHALİYƏ YUXARIDAN AŞAĞI BAXAN. İNDİ NƏ OLDU DİLƏ GƏLMİSƏN?

rasim 2018-09-13 11:33:13

eldar sabiroqlu- azerbaycanda ....nazir sefer ebiyev olub. and icmisem onun ne vaxtsa mehkemesi olanda orada istirak edib .... Siz ise onun mudafiecisi olmusunuz-esker olumlerini gizledenlerden de biri siz olmusunuz. siz metbuat konfrasi keciren sehid esgerlerin valideynlerine azerbaycan ordusu qazetinin bas redaktoru olmus-hec bir herbi tehsili olmayan ancaq polkovnike kimi yukselmis ibrahim ibadoqlunun eli ile hucuma kecirdiniz. Siz esger olumlerine haqq qazandirirdiniz.

Aslan Kənan 2018-09-13 11:33:13

Eldar müəllim vəzifəniz pis deyildi. Mənə elə gəlir ki, həmin vəzifəyə görə də heç də pis pensiya alırsınız. Sizin "yana-yana" qeyd etdiyiniz məsələni o zaman müdafiə naziri Əbiyevin və onun müavinlərinin qarşısında qaldırmırdınız? Mətbuatda açıqlandırmırdınız? Qorxurdunuz?. İndi "qəhrəman" olmaq istəyirsiniz?

azər-ə 2018-09-13 11:33:13

Cenab azər, "lazim gelerse", NE VAXTA KIMI, Azerbaycanin Daqliq Qarabaqi ve etraf 7 rayonlari, ermeni-rus ishqalindan AZAD EDILMEYECEK....???? "Lazim gelerse", BELKE, Kreml mafiyasi, "XONCHADA" QAYTARACAQ Azerbaycana Daqliq Qarabaqi ve etraf 7 rayonlari....???? "Lazim gelerse", hebsxanalardaki 200 insan uzerinde, oz ferqli fikirlerine gore, "ISLAHAT-TERBIYE" tedbirleri DAVAM EDECEK...??? "Lazim Gelerse", "DUNYADA ANALOQU OLMAYAN INKISHAF AZERBAYCANDA", TEMPINI-SURETINI YAVASH-AZALTMAQ MUMKUNDURMU...????

azərə-pıs-pısadan 2018-09-13 11:33:13

Azərbaycanda nəinki, nazir, məmur uşaqları, hətta azacıq imkanı olan da öz övladını bu ət maşına göndərmir. Bu ölkəni son 25-30 ildə o günə qoydular ki, hər bir azərbaycanlı qaçmağa çalışır. Onlar (qudalar-höküməti) istədiklərinə tam olaraq çatdılar. Onlara nə o torpaq lazımdır, nə də Vətən!

turan 2018-09-13 11:33:13

guya indi nəsə dəyişib... indi də heç bir vəzifəlinin uşağı getmir orduya..

keçici qırmızı bayraqlar 2018-09-13 11:33:13

Hörmətli Sabir bəy! Bu Vətən deyildikdə ancaq kasıblar yada düşür. Varlılar (Oliqarx-Qudalar-Yapon İmperatorları (Z.H.)-Məmurlar) bu məkana alver nöqtəsi, pul qazanmaq yeri kimi baxırlar. Ona görə də onların heç birinin uşağı bu savaşda ölmür və ölməyəcəkdə. Onlar Azərbaycanda QANUN şah olanda öləcəklər. Ona görə də çalışın İnsanovu oradan çıxarın.

G.M 2018-09-13 11:33:13

Biz hələ ki,VƏTƏN anlamından,Dövlət anlayışından çox uzağıq.Qəbahətlərimiz ,cinayətlərimiz,övladlarımızın gələcəyini sual altına qoyur..Anlamırıq ki,insan müvəqqəti,Vətən əbədi,Dövlətçilik müqəddəs mövhumdur.

azər 2018-09-13 11:33:13

kimdir o nazir, o məmurlar, niyə adlarını çəkmirsiz? niyə işlədiyiniz zaman buna göz yumubsuz və açıqlamayıbsınız? İş işdən keçəndən və işdən çıxandan sonra bunları demək, əsas günahkarları qoyub ATƏT-i söymək sizin özünüzü heç də yaxşı xarakterizə etmir...zabit mövqeyindən çox şəxsi maraq və başqa motivlər gözə çarpmaqdadır bu müsahibədə..

EJDER 2018-09-13 11:33:13

WEREF VE WOHRET ORDENLI SEFER EBIYEV 20 ILE YAXIN NAZIR OLUB,SAQ OLMASIN.ONUN FALIYYETI NIYE ARAWDIRILMIR.DIQER NAZIRLERDE ELE...KIM BILIR.ESAS INKIWAFDU.LAZIM GELER...DUZELER.AZERBAYCANDA HAMI NAQIL DANIWIR.YAWASIN GOPCULAR PARTIYASI.

Son yazılar