Ukrayna ordusu daha 4 yaşayış məntəqəsini azad edib

Ukraynada antiterror əməliyyat qüvvələri ötən gün ərzində daha 4 yaşayış məntəqəsini separatçılardan azad edib.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə “İnformasiya Müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk bildirib.

“Gün ərzində antiterror əməliyyat qüvvələri Donetsk vilayətinin Krasnoqorovka qəsəbəsini, “Saur-Moqila” adlanan ərazi yaxınlığında 2 yaşayış məntəqəsini və Donetsk vilayətinin Şaxtyorsk şəhəri yaxınlığındakı Kontarnoe qəsəbəsini nəzarətə alıb”, deyə Tımçuk qeyd edib..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar