“O zibili “Tolik”in özünə, böyüklərinə yedirtmək lazımdır” - Rüstəmxanlıdan sərt sözlər

Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan Tarix Əliyevin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt sözlərlə münasibət bildirib.

S.Rüstəmxanlı Ölkə.Az-a açıqlamasında deyib ki, "Tolik"in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir: "O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili "Tolik"in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. "Tolik" mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəkət etmərəm".

Xalq şairi "Tolik" kimi adamların efirlərə buraxılmasına görə telekanalları da qınayıb: "Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə "Tolik"in ictimaiyyət qarşısına çıxması Azərbayxan xalqı üçün təhqirdir. Ona görə də ilk növbədə onu efirlərdən təcili uzaqlaşdırmaq lazımdır. Ona məcbur etmək lazımdır ki, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəsin. Belə tərbiyəsizlik olmaz! Elçibəy haqqında bu cür tərbiyəsiz sözləri yazmaq heç bir əndazəyə sığmır. Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanlar və tarixi şəxsiyyətlər haqqında bu cür aşağılayıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Tutaq ki, Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, "Tolik" təcili cəzalandırılmalıdır".

635x100

Şərhlər

Sənan Ələsgərov 2018-09-13 13:32:21

it hürər karvan keçər

patriot 2018-09-13 13:32:21

.... nə ğünah var onsuzda o ... onu ora buraxanda ...

Əsəd 2018-09-13 13:32:21

Bu toliklərə, zaurlara qarşı (hər ikisinə ) xalqı birliyə, həmin TV-ləri baykot etməyə çağırıram, ən azından onlar TV-ləri tərk edənə kimi.Tolikin etdiyi hərəkət isə dövlətçiliyimizə qarşı edilən xainlikdir.Azərbaycan Respublikasının II Prezidenti Əbülfəz Elçibəyin dəfnində iştirak edən Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyev başda olmaqla bütün hökümət üzvlərinə qarşı sayqısızlıqdır.Azərbaycanın dövlətçiliyinə qarşı hörmətsizlikdir.Əminəm ki dövlətçilik tariximizə qarşı belə fikirlər söyləyən bu üzdəniraq məxluqun cavabı hökümətimiz tərəfindən veriləcək və kanal haqqında ölçü götürüləcək.

Rəşidov mətləbəli 2018-09-13 13:32:21

Tolikin səs tembrinə baxın o şərəfsizdə kişi səsi var ya yox bugün Elcibəyi təhqir edən şərəfsiz sabah ULU ÖNDƏRİMİZ ücün nəsə deyə bilər o efirdən uzaqlqşdırılmalı vəcəzalandırılmalıdır TƏCİLİ

inqlab 2018-09-13 13:32:21

Yuxaridakilarin şərhinə qoşuluram .Şəxsiyyəti savadi olmayan insanin tarixi şəxsiyyət haqqinda fikir söyləməsi utandiricidir

Fizuli 2018-09-13 13:32:21

O WARLATAN toliqde gunah yoxdur,gunah o werefsizi efire buraxan tv rehberliyindedir.

Munis Bahadir 2018-09-13 13:32:21

Bu tolik ermenidir ve bu olkeden onu iti govan kimi govmaq lazimdir. Onun stunyor olub artistleri yekeqarin harin dushmenden beter milletin canina sarinanlarla ishbirliyini yaradandir. ...

Musa 2018-09-13 13:32:21

Tolik kimi "üz qarası"nın belə deməsi onu göstərir ki,deyəsən, dünyanın sonu yaxınlaşır.

Dadaş 2018-09-13 13:32:21

MASNISLAR DEYİRLƏR Kİ O ERMƏNİDİR.

miri 2018-09-13 13:32:21

Çox maraqlı zəmanədə yaşayırıq: qiyməti heçə dəyməyən "Tulik" lərin fikrini müzakirə edirik. Sizcə bu cür "şərəf" sahibindən əsl şərəf sahibi haqqında layiqli fikir esitməkmi olar? Şəxsən mən eşitsəm "Tulik" haqqında deyilən və yazılanlara şəkk edərəm.

Aslan 2018-09-13 13:32:21

Mən başa düşə bilmirəm, "Xəzər"(bu ad sizə haram olsun) TV bilmir ki, Tolik nə yuvanın quşudur. Ona nəinki verliş aparmağa icazə verənin, hətta adi iş verənin ağlı yoxdur. TV nə qədər cılızlaşıb ki, Tolik kimi simasızlar at oynadır. Bu cür namussuzluğun dərdindən özəl kanallara baxmıram. Xalqı da buna çağırıram.

Son yazılar