ERMƏNİSTAN PARLAMENTİ AZƏRBAYCANA MÜHARİBƏ ELAN ETDİ - XİN-dən cavab

"Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir: "Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

* * *

Ermənistan parlamentinin sentyabrın 12-də keçirilən iclasında avantürist qərar çıxarılıb. Belə ki, işğalçı ölkənin Milli Məclisinin fövqəladə iclasında Azərbaycana rəsmən müharibə elan edilməsi haqda qərar qəbul olunub. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni parlamenti bu qərarı bir gün əvvəl Ermənistan ərazisində başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində qəbul edib.

Qəbul edilmiş sənəddə deyilir ki, Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə“ təklifini əsas tutaraq, Ermənistan Konstitusiyasının 118-ci maddəsini əsas götürərək, Ermənistan Milli Məclisinin Nizamnaməsinin 105-ci bəndinə əsaslanaraq parlament Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır.

Qeyd edək ki, Ermənistanda 11 sentyabrdan etibarən “Şant-2018” komanda-qərargah təlimləri keçirilir. Təlimlər 14 sentybaradək davam edəcək. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakter daşıyır və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Ancaq Ermənistan parlamentinin bu qərarı Paşinyan hökumətinin işğalı davam etdirməkdə qərarlı olduğunu və danışıqları pozmaq niyyətini nümayiş etdirir. Bu, həm də hakimiyyətin diqqəti daxildəki qarışıqlıqlardan yayındırmaq, xalqın diqqətini “xarici düşmənə” tönəltmək cəhdi də sayıla bilər.

635x100

Şərhlər

Murad 2018-09-13 14:54:36

Azerbaycan xalqi bilir ki, XIN yalniz bosh, neticesiz soz-sohbetle meshquldur ve "mesuliyyet Ermenistanin uzerine dushur" ifadesi ile BEZDIRIB xalqi bu kechen 27 il muddetinde, BESDIRIN..., xalqin sebri SONSUZ DEYIL !

avam şofer 2018-09-13 14:54:36

Yengibarın fikri ilə qismən razıyam.Babək prospektinə kimi bir çox küçələri keçməlidirlər axı.....Əsas axtardığımız,ölü bildiyimiz LAZIM-ın səsi erməni parlamentindən çıxması təəccüb doğurur.

saxavat Mikayilov 2018-09-13 14:54:36

Ermenistan muharibe etmelidir ve edecek Niye? Chunki qelebe qazanmish dovletdir 20% torpaqlaRIMIZI ishgal edibler Biz ancaq yalandar deyirik ki,GUCLU ordumuz var O haralardadir? ...

saxavat Mikayilov 2018-09-13 14:54:36

Ermenilerin haqqi var BIZI hedelemeye NIYE? 30 ile yaxindir 20% torpaqlarimiz ishgal olunub BIZ susuruq NIYE? ...

G.M 2018-09-13 14:54:36

Qoymullar ki,siyavuş mallım otura,oturduğu yerdə..Qurban olsunlar mallımın iş qrafiqinin sıxlığına.Köpoğlunun erməniləri Bizim müxalifətin ``Lampasına nöyüt tökürlər``.Çalışdıqları odur ki,Akif Nağı,Pənahla sərhəddi keçib taftalasın bu şərəfsizləri.Aqil Abbas mallım da yeni bir``Dolu-2`` BF-çəksin.

Qoca 2018-09-13 14:54:36

....ORADA DÖYÜŞKƏN BİR NEÇƏ BATALYON VƏ PARTİZAN QRUPPASI LAZIMDIR. BİR QORXMAZ VƏTƏN UĞRUNDA CANINDAN KEÇMƏYƏ HAZIR OLAN KOMANDİRLƏR KOMANDONLAR QƏHRƏMANLAR LAZIMDIR......

Əsəd 2018-09-13 14:54:36

Görünür ki, ermənilərin Eladar ibrahimovun “Nikol Paşinyan Azərbaycan ordusunun İrəvana qədər getməsini istəyir” bəyanatından xəbəri yoxdur. Yaxud Bayram Səfərov qağa demişkən sadəcə "hümanist davranaraq biz istəmirik ki, erməni anaları gözüyaşlı qalsın".Yoxsa ermənilər belə qələti etməzdilər.

rassl krou 2018-09-13 14:54:36

Sizlərin duxunuz çatmır millətin ağzını "xarici düşmənə" yönəltməyə???? Sizin "duxunuz və odekalonunuz" ancaq Sizlərin səhvlərinizi açıb deyərək milləti oyadanlara çatır. Onların cibinə ağdan-zaddan basıb tutursunuz və adını da qoyursunuz ki, erməni dəyirmanına su tökürlər. Heç Yerevanda və Ermənistanın ba.qa yerlərində ev tikənlərdən söhbər edən yoxdur. P.S.İndi al payını çağır Əhməd dayını!

yengibar 2018-09-13 14:54:36

Ermənilər qələt edir, hətta müharibəyə başlasalar belə Babək prospektini keçə bilməzlər.Yolları elə belə, boş-boşuna dağıtmamışıq eeee.

S.H. 2018-09-13 14:54:36

Hikmet muellim! Ermeniler bir hissəsi Bakidadi, Irevana niye xeber gonderirsiz ki.....

Son yazılar