İki rayonun icra hakimiyyətində kadr dəyişikliyi olub

Tovuz Rayon İcra Hakimiyyətində Baş mütəxəssis vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, bu vəzifəyə Rzayev Fuad Sahəddin oğlu təyin edilib.

Bundan başqa, Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb. İcra hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb. Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar