SABİQ İCRA BAŞÇISININ ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULDU - Araşdırma başladı

Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.

"AzPolitika.info" xatırladır ki, avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Ramiz Yediyarov sabiq vergilər naziri Fazil Məmmədov kadrı hesab olunur. Onun təqdimatı ilə  2012-ci il aprelin 18-dən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  təyin edilmişdi.

Ondan əvvəl isə Ramiz Yediyarov vergi orqanlarında çalışıb. Belə ki,  1997-ci ildən dövlət vergi orqanlarında  müxtəlif ərazi idarələrinə rəhbərlik edib. Sonradan icra başçısı təyin olunanadək Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub.

 

 

635x100

Şərhlər

Abit 2018-09-13 14:43:04

Guya o birisiler düz emellidir

GM 2018-09-13 14:43:04

Ayə harya yedirsən ,ayə...Sənə demişdim ki,axıllı ol.``Xalqın pulunu yemək`` olmaz.Sən eşitmədin.Di get ``üstünü də düzəlt`` qaytar.

Redaktor 2018-09-13 14:43:04

Habil memmedov hele azadliqdadir. Sahibkarlara zulm eden bu dirnaqarasi generalin bakida hoteli restoranlari mulk ve evleri kimi rusiya ve turkiyedede malikaneleri var. Butun bunlar ise sshibkarlarin halal pullarinadir ki haramliqla sahib olub.

miri 2018-09-13 14:43:04

Bu vaxta qədər "cibləri bosaldilmayan", bu günə hazır olmalı idi. Çünki, özləri də bu "prinsip" ilə h"hərəkət" edib!

Son yazılar