Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub - 82 yaşlı vitse-prezident

"Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”. Bu sözləri "Report"a açıqlamasında "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidentidir.

635x100

Şərhlər

Ağsaqqal 2018-09-13 14:48:39

82 yaşı var.Allah köməyi olsun.Amma adı hələ də vitse-prezident ştatında gedir.Yazığın nə günahı var.Ayda 5-10 min gətirib cibinə qoyurlar ki,yaşa. Axırı da çatıb, bütün yeyintiləri onun boynuna yazacaqlar.Yeyib dağıtdı.O kişiyə bu lazımdır?

Farhad 2018-09-13 14:48:39

Belə xəbər kimə lazımdı....

Əsəd 2018-09-13 14:48:39

Marlen müəllim 82 yaşınız var neynəyirsizey işə çıxmağı, o boyda idarənin vitse-prezidentisiz, evdə oturub həm nəticələriniz ilə oynayın, həm də pultla işinizi idarə edin. ALLAH-ım bizdə istefa mədəniyyəti nə vaxt yaranacaq?

Arif 2018-09-13 14:48:39

82 yaşlı Marlen. Gülməli və ağlamalıdır. Bizs nə gündəyik

Son yazılar