GƏLƏN İL QƏBUL İMTAHANLARI BU MODELLƏ KEÇİRİLƏCƏK - Nazir detalları açıqladı

“Təhsildə keyfiyyət ili”ndə əldə olunan nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcək”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.

C.Bayramov əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir: "Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.

635x100

Şərhlər

Rəhim 2018-09-14 09:44:57

Test üsulu bir model idi ki kasıb uşaqları da bundan bəhrələnib pulsuz instuta girirdilər.Çünki bu üsulda rüşvət almaq çətin idi.İndi bilinmir necə olacaq. Kasıb uşaqların talehi allaha qalıb. Onsuz da bu üsulun məhvi prosesi çoxdan gedirdi.Mən təhsil işçisi deiləm. Ancaq instituta girənlərin əksəriyyəti pulluya düşüb. Bu məmurların beynində bir fikir var kasıb əhalini daha da soyub dərisini çıxarsınlar.Neft Qaz milyardları və başqa mənbələrdən gələn milyardlar sizə bəs deyildimi,gənclərə də qara əl uzandı.

helime 2018-09-14 09:44:57

Ne model sechsenizde ,imtahan ilden ile chetinleshir.mekteblerde ders 0 seviyyesinde kechilir,ushaqlar repetitorla meshgul olmaq uchun gece-gunduz yollardadirlar.Ali mekteblerin illik tehsil haqqlari astronomik reqemlerle olchulur.25 il sheherde bey balasi kimi boyuyub,millioner qachqinlarin ovladlari PULSUZ ( bu imkanli qachqinlara aiddir), qachqin olmayan ailelerin ovladlari ,ise,tehsilden imtina etmek mecburriyyetindedir (tehsil haqqini odemek imkani olmadigi uchun).Sechdiyiniz tehsil modeli budur!!

Oqtay 2018-09-14 09:44:57

Mən belə başa düşdüm ki mıktəb müdirlərinə şərait yaradılır və məktəblərdə şişirdilmiş qıymət bazarlığı başlayacaq

Son yazılar