"DOLLARIN ZƏİFLƏMƏSİNƏ ONİLLİKLƏR LAZIMDIR..." - "Yaşıl kağızın" hegemonluğunun sirri

Nüfuzlu Moody's Investors Service Beynəlxalq Reytinq Agentliyinin aparıcı mütəxəssisləri son dövrlərdə bəzi ölkələrin ABŞ dollarından imtinası barədə bəyanatlarının mümkün nəticələrini araşdırıblar. Xatırladaq ki, xüsusilə ABŞ sanksiyaları səbəbindən Rusiya, Türkiyə və İran kimi ölkələr dolların məngənəsindən qurtulmağın birgə yollarını axtarmağa başlayıblar.

Moody's-in mütəxəssisləri belə qənaətə gəliblər ki, dollarla rəqabət aparacaq milli valyutalar hələ çox uzun və çətin yol keçməlidirlər. Məsələn, son zamanlar bir qədər populyarlaşan Çin yuanı sadəcə regional çərçivədə ticarətdə istifadə payını bir qədər artıra bilər. Lakin onun qlobal mübadilə vasitəsinə çevrilmə ehtimalı olduqca zəifdir.

Dollar isə nəinki regional, ümumilikdə qlobal ticarətdə ən rahat mübadilə vasitəsi olaraq qalır. Agentliyin aparıcı mütəxəssisləri olan C.Smartt və K.Ellisin bununla bağlı hesabatında göstərilir ki, dövlətlərin valyuta rezervlərində dolların payı digər valyutalar üçün əlçatmaz olaraq qalır və ekspertlərə görə hələ çox uzun müddət bu mənzərə dəyişməz qalacaq: "Onilliklər lazımdır ki, dünya ölkələrinin mərkəzi bankları öz rezervlərində dolların payını azaltmağa müvəffəq olsunlar..."

Ekspertlər bildirirlər ki, ABŞ dolları artıq 60 ildir dünyanın rezerv valyutası rolunu oynayır və çox uzun müddət belə də qalacaq. Belə ki, hazırda bütün dünya ölkələrinin ümumi valyuta ehtiyatlarının 63 faizini (!) ABŞ dolları təşkil edir. İkinci yerdəki avronun payı 20 faizi ötmür, qalan valyutaların isə heç biri 5 faizlik həddi belə keçə bilmirlər. Bu seqmentdə Yapon ieni 4.9, funt-sterlinq 4.5, Kanada dolları 2, Çin yuanı isə cəmi 1.2 faiz paya malikdir. Və təhlilçilərə görə, onların hər hansı birinin yaxın və hətta uzaq gələcəkdə ABŞ dollarını üstələyəcəyi ehtimalı fantastik görünür.

Hesabatda deyilir: "Dünyadakı resesiyalara, ayrı-ayrı ölkələrdəki defoltlara, Çinin regional və qlobal ticarətdəki rolunun artmasına, avronun ortaya çıxmasına və s. baxmayaraq, dolların hökmranlığı stabildir".

Dolların qüdrətinin sirrinə gəldikdə isə, mütəxəssislər bunu "yaşıl kağızın" əvəzolunmaz dərəcədə stabilliyində görürlər. Bu stabilliyi təmin edən çoxlu sayda faktor var - ABŞ iqtisadiyyatının ölçüyə gəlməyən böyük həcmi, dünya ticarətində bu ölkənin rolu, ABŞ maliyyə bazarının şəffaflığı, həmçinin ölkənin monetar siyasətinin asan proqnozlaşdırılan və stabil olması. Bütün bunlar ticarət və maliyyə əməliyyatlarında ABŞ dollarını rahat və əvəzsiz valyutaya çevirir.

Dollarla rəqabət aparmağın nə qədər çətin olduğuna misal kimi isə mütəxəssislər avronun taleyini göstərirlər. 1999-cu ildə dövriyyəyə buraxılan Avropa valyutası bu günə qədər öz regional statusundan ciddi şəkildə ayrılaraq, qlobal dəyərə çevrilə bilmir. Hazırda rezerv valyuta kimi avro yalnız Avropa ölkələrində və 1-2 Afrika ölkəsində istifadə olunur. Bununla da 20 faizlik həddi heç cür keçə bilmir. Buna əsas səbəb kimi isə ekspertlər Avropa ölkələrinin iqtisadiyyatda stabilliyi təmin edə bilməməsini göstərirlər. Bildirirlər ki, Avropa iqtisadi şoklara qarşı zəifdir və onun müvafiq strukturları hələ stabilizasiya mexanizmlərinin hazırlanması üzərində yeni-yeni işləməyə başlayıblar.

Mütəxəssislərin fikrincə, eyni situasiya Çin valyutasında da müşahidə olunur. Yuana regional ticarətdə tələbat bir qədər artsa da, rezerv valyuta kimi onun payının artması ehtimalı çox aşağıdır. Çünki hazırda Çinlə tərəfdaşlıq edən ölkələrin dünya ticarətindəki payı və valyuta ehtiyatlarının həcmi ümumilikdə ABŞ və onun milli valyutası ilə rəqabət aparmaq imkanlarından çox-çox uzaqdır.

Sonda Moody's-in ekspertləri belə qənaətə gəlirlər ki, ABŞ dollarına qarşı aparılan kampaniya hər hansı ciddi effekt verməyəcək və hələ bir neçə növbəti nəsil də "yaşıl kağızın" hegemonluğu şəraitində yaşamalı olacaq.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Cəlil 2018-09-14 09:56:46

Etibarsız variantdır... bütün vəsaitlərin ABŞ doll.-da saxlanılması....belə variantda itkilərin olması mümkündür....funt sterlinq və avro üzrə aparılan monetar siyasət daha məsuliyyətli siyasət təsiri bağışlayır...

sual 2018-09-14 09:56:46

Йивалы: qeydiniz söhbəti qizişdırmaq, danışmaq üçündür...))) elə məndə qızışdırmaq, danışdırmaq üçün cavab verirəm....)))) hesablayın görək, əgər ölkə daxili ABŞ doll.-da hesablaşmalarda, küçənin bir səkisində yerləşən bankdan, küçənin o biri səkisində yerləşən banka 100 ABŞ doll. nağdsız vəsait köşürülürsə (nağd hesablaşma üçün 2 dəq. vaxt lazımdır), bu vəsait dünyanı fırlanıb, ABŞ –a çatıb, sonra ölkəyə daxil olursa, Azərbaycan rezidentlərindən son 10-15 ildə nə qədər vəsait silinib, ölkədə nə qədər gözə görünməyən itki baş verib və bundan ABŞ bankları nə qədər qazanıb??? Prosessinq mərkəzi üzrə inhisarçı mövqeyini saxlamaq üçün 2 pilləli bank sistemi haqqında ölkə qanuna tüpürmək belə istəməyən kimlər olub???....))))))) sizin üçün bunu müəyyənləşdirmək çətin olmaz, ölkə üçün isə bu, olduqca lazımlı fəaliyyətdir...))))

sual 2018-09-14 09:56:46

100 Azn-in də dəyərini müəyyənləşdirin....)))))) Əgər, əvvəla Azn-in təminatı kimi dəyəri 1 qəpik olan və heç bir təminatı olmayan 100 ABŞ doll.-ı çıxış edir; Azərbaycan ixracının 95-98 % ABŞ doll. ilə hesablanır, və bu vəsaitlər ABŞ banklarında saxlanır və bu vəsaitlərin əhəmiyyətli hissəsi heç bir təminatı olmayan ABŞ-in fond kağızlarında (treyceristlərdə) saxlanılır...))))))))

йивалы 2018-09-14 09:56:46

100 ABŞ DOLLARI = TEMİNATI OLMAYAN, 1 QƏPİK DƏYƏRİNDƏ KAĞIZ

Elm şüma, məlumi şüd 2018-09-14 09:56:46

Rotşildə məxsusluğu söylənilən məşhur deyim var.....“əgər məndə ölkənin pul kütləsinin idarə olunması imkanları olsa mən ölkədəki qanunlara tüpürmək belə itəmərəm”.....indi bu deyilənə dünya miqyasında baxsaq, təbiiki.

QISASI: 2018-09-14 09:56:46

DOLLAR - dünya idarəçilik sistemin HƏM QALXANI VƏ HƏM DƏ QILINCIDIR, DOLLAR ÜZƏRİNDƏ QURULAN ümumdünya iqtisadi sistemi BEYNƏLXALQ BİRLİYİN SİYASİ ALƏTİDİR!

********* 2018-09-14 09:56:46

ABŞ doll.-ın dünya maliyyə sistemində ehtuyat valuta kimi çıxış etməsi ABŞ iqtisadiyyatının hazırki miqyası, dünya iqtisadiyyatındakı aparıcı mövqeyə malik olması ilə bağlıdır. Ötən əsrin əvvəlləri Böyük Britaniya - dünya iqtisadiyyatında aparıcı sənayeləşmiş ölkə kimi, inkişaf etmiş dəmir yolu şəbəkəsi, dəniz limanlarına malik olan ölkə kimi çıxış edəndə, funt-sterlinq beynəlxalq hesablaşmalarda əsas valyuta, ehtiyat valyuta kimi çıxış edirdi. Ayrı-ayrı ölkələrin ABŞ doll.-ın beynəlxalq hesablaşmalardan sıxışdırıb çıxaracağı üzrə verdikləri bəyanatlar isə ancaq ironiya doğurur, ilk növbədə ABŞ –da....))))))))))))

Son yazılar