ERMƏNİSTAN MOSKVANIN TƏLİMATI İLƏ AZƏRBAYANA MÜHARİBƏ ELAN EDİB? - "Putin ittifaqından" Bakıya hörmətsizlik

Avrasiya İqtisadi İttifaqının sənədlərində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib

Ermənistan parlamentinin sentyabrın 12-də keçirilən iclasında avantürist qərar çıxarılıb. Belə ki, işğalçı ölkənin Milli Məclisinin fövqəladə iclasında Ermənistan ərazisində başlayan “Şant-2018" (İldırım 2018") komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana rəsmən ”müharibə elan edilməsi haqqında" qərar qəbul olunub.

Qeyd edək ki, Ermənistanda 11 sentyabrdan etibarən “Şant-2018" komanda-qərargah təlimləri keçirilir. Təlimlər 14 sentyabradək davam edəcək. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakterlidir və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Ancaq Ermənistan parlamentinin bu qərarı N.Paşinyan hökumətinin işğalı davam etdirməkdə qərarlı olduğunu və danışıqları pozmaq niyyətini nümayiş etdirir. Bu, həm də hakimiyyətin diqqəti daxildəki qarışıqlıqdan yayındırmaq, xalqın diqqətini “xarici düşmənə” yönəltmək cəhdi də sayıla bilər.

Onu da xatırladaq ki, Ermənistan parlamenti oyuncaq qərarını məhz ATƏT-in baş katibi Tomas Qremingerin Bakıda olduğu və Azərbaycan prezidenti ilə Qarabağ müzakirəsi apardığı saatlarda qəbul edib. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyev Nikol Paşinyan hökumətinin danışıqları pozmaq niyyəti barədə ATƏT rəsmisinə fikirlərini çatdırmışdı. Belə bir məqamda İrəvanın növbəti təxribatı əslində ATƏT rəhbərliyi də daxil, beynəlxalq aləmə meydan oxumaq niyyətindən xəbər verir. Düzdür, Ermənistan heç zaman Azərbaycana müharibə elan etmək iqtidarında olmayıb və buna cəsarət etməz. Lakin “tamaşa” olsa belə, İrəvanın bu addımı ciddi təxribatdır, şantaj xarakterlidir və Ermənistanın işğalçı siyasətinin mahiyyətinə tam uyğundur...

“Ermənistanda keçirilən ”Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir". Bunu “Yeni Müsavat”-a açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi. Nazirlik sözçüsünün dediyinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sərkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur: “Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və ”müharibə oyunları" kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

Картинки по запросу Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov

Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov “Moderator.az”-a açıqlamasında Ermənistanın Azərbaycana çoxdan müharibə elan etdiyinə diqqət çəkib: “Əslində Ermənistan Azərbaycana çoxdan müharibə elan edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Ermənistanın militarist siyasətini ifşa etmək üçün bundan daha artıq fakta ehtiyac yoxdur”.

Sabiq nazirin fikrincə, baş verənlər Ermənistandakı mövcud hakimiyyətin mahiyyətini əks etdirməklə yanaşı, həm də Minsk qrupunun fəaliyyətsizliyini göstərir.

“Virtiualaz.org” isə yazıb ki, parlamentin saytında əlavə məlumatlar da əksini tapıb. Belə ki, burada Ermənistan parlamentinin sədrinin qərar qəbul olunduqdan sonra gördüyü tədbirlərdən danışılır: “Qərar qəbul edildikdən sonra Ermənistan parlamentinin sədri, daimi komitələrin sədrləri və dostluq qruplarının rəhbərləri beynəlxalq tərəfdaşları Ermənistanda yaranmış vəziyyətlə bağlı məlumatlandırıblar və erməni tərəfinin mövqeyi barədə ətraflı informasiya veriblər”.

Paşinyan 13 sentyabrda “İldırım 2018" komanda-qərargah təlimləri çərçivəsində Müdafiə Nazirliyinə gedib və qısa brifinq keçirib.

Картинки по запросу Paşinyan  “İldırım 2018"

Paşinyan deyib ki, təlimlərin ssenarisində ”ən pis variant" nəzərdən keçirilir, məqsəd “ən yaxşı varianta” hazırlaşmaqdır. Bununla belə o, ssenarinin 2016-cı ilin aprel hadisələrini təkrarlamadığını deyib: “Ermənistan Dağlıq Qarabağın qarantıdır. Əlbəttə, hərbi situasiya əsasən Qarabağ münaqişəsi ilə bağlıdır”. Paşinyan Dağlıq Qarabağın mümkün müharibəyə qarşı hazırlığının da təlimlərdə “nəzərə alındığını” deyib.

Təlimlərin ssenarisinə əsasən, regionda vəziyyətin kəskinləşməsindən istifadə edən Azərbaycan Qarabağda müharibəyə başlayır, eyni zamanda Ermənistanın sərhəd kəndlərini atəşə tutur. Azərbaycanı Türkiyə dəstəkləyir. Ermənistan kömək üçün KTMT-yə müraciət edir və Birləşmiş Rusiya-Ermənistan qoşun qruplaşması çərçivəsində “tədbirlər görülür”.

Bu “qərar”da Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istiqamətində də cəhdlər sezilir.

Ancaq bu arada “Rus NATO”-su ilə bağlı təəssüf doğuran növbəti xəbər yayılıb. Avrasiya İttifaqının İqtisadi Komissiyasının son 3 il ərzində dərc etdiyi sənədlərdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda beynəlxalq təşkilata üzv ölkələrin vəziyyətini əks etdirən sənədlərdə Dağlıq Qarabağ və ətraf rayonların rəsmi İrəvanın ərazisi kimi təsvir olunduğunu görmək mümkündür. “Avrasiya İqtisadi İttifaqına üzv ölkələr haqda ümumi informasiya” adlanan sənəd 2016, 2017 və 2018-ci illərdə çap edilmiş nüsxələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyə tələsmir. Amma bütün bunların eyni vaxta düşməsi də təsadüfə oxşamır.

Похожее изображение

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Ermənistanın məlum təxribatının arxasında da təkcə rəsmi İrəvan dayanmır: “Hesab edirəm ki, təlimlərin ”ssenarisi" Ermənistanın sərhədlərindən kənarda yazılıb və bu “ssenari”nin təməlində Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün ata biləcəyi addımlar, bu prosesə qoşula biləcək regional güc mərkəzlərinin mövqeyi haqqında öncədən ictimai rəyi formalaşdırmaq niyyəti dayanır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bu təxribat xarakterli “ssenari”nin nə zamansa baş tutması və həyata keçməsi mümkün deyil. Bu informatik təxribatdır və çox güman ki, sentyabrın 15-də Bakının işğalçı, cinayətkar erməni-bolşevik hərbi birləşmələrindən xilas edilməsi ilə bağlı keçiriləcək möhtəşəm hərbi paradın Ermənistan cəmiyyətində doğura biləcəyi qorxu və həyəcana qarşı önləyici tədbir xarakteri daşıyır".

E.Mirzəbəylinin qənaətinə görə, 15 sentyabrda bu iyrənc təxribatın cavabı o qədər ciddi şəkildə veriləcək ki, Paşinyan da, oynadanlar da öz iddialarının sərhədlərini bilsinlər: “Bununla yanaşı, Ermənistanın KTMT adından istifadə etməklə informatik təxribat törətdiyi, regionda vəziyyəti daha da gərginləşdirdiyi barədə qurum üzvü olan dövlətlərə, xüsusilə də Qazaxıstan, Qırğızıstan və Belarusa, həmçinin Rusiyaya müraciət olunmalıdır. Bu kimi addımların müharibə ilə təhdid xarakteri daşıdığı üçün BMT-nin Nizamnaməsinə və BMT-də müşahidəçi statusu ilə təmsil olunan KTMT-nin əsasnaməsinə zidd olduğu onların diqqətinə çatdırılmalıdır”(musavat.com).

635x100

Şərhlər

Azərbaycanlı 2018-09-14 12:35:30

Sanki bizi yuxuya verib,ölkəni satıblar.Balam,elə Qarabağdan da atıq sahəsi,əhalisi olan 7 rayonun adı niyə çəkilmir?.Tutalım Qarabağın dağlıq hissəsini Ermənilər işğal ediblər.Bəs ətraf 7 rayon niyə yada düşmür?Axı bu 7 rayonun ərazisi heç də DQMV-dən az deyil.Deməli əslində hardasa Azərbaycanın 20 yox,40 faizi işğaldadır.Niyə biz və hökumətimiz bu qədər bu 7 rayona biganədir? Biz niyə bu qədər düşüncəmizi,ağlımızı itirmişik? Bu "vaxtı gəlsə" nin zamanı dəfələrlə keçməyibmi?Bizi nə qədər yatıracaqlar?26 il

Azad Qarabaglı 2018-09-14 12:35:30

Bizim məтbuaт və siуasəт DQMVnin qaутarılmamasına gorə son 15 ilin 10 ilində ABŞ və Avropanı kəskin, son 5 ildə RFnı dilucu тənqid eтməklə, əslində rəsmi-qanlı işgalçıуa qaтı тərəfdarlar qazandırmaqdadır!?Həуəтimdə gozü olan biri qonşuma məni oldürтmək isтəуirsə, qonşu məni oldürməlidirmi? Kreml тəkcə DQMV həlli deуil, xüsusilə xarici siуasəт üzrə bir çox işlərdə aşkarca Rus imici və RF maragının əksinə çıxış edir. Qarabag həlli уalnız və уalnız hakimiууəтin qəтi hüquqi siуasəтindən asılıdır.

Analitik 2018-09-14 12:35:30

Evvela ruslara bel baglamaq bir nov yeni (dolayi) esarete girmek kimi bir ishdi.. Chunki, unutmayaq ki bu Rusiya hech SSRI de deyil, her agirligi oz ustumuze atib + arada (siyasi tesirlerle) bizden "bac-xerac" qopardir hele bir ermenilere verdiyi torpaqlarimizla (iLLerimizi yeyen) "oyunlar" oynayir!.. SSRI-de bele idi ki, ozu de istifade ve idare edirdise de, bizi de qoruyurdu ve qanun-qayda ishleyirdi.. Indiki "rus"-un siyaseti lap kesrindir.. Daha konkret "Adi senin, (q/resmi) dadi menim" movqeyodir!..

Azərbaycan vətəndaşına 2018-09-14 12:35:30

Qardaş nə aydın olacaq?

Elçin Mirzəbəyli-yə 2018-09-14 12:35:30

"Bu informatik təxribatdır"-adlandırırsınız, ermənilər 25 ildir torpaqlarımızın 20%-ni işğal edib və azərbaycana müharibə elan edirlər.Bizim hökümət həmişə səsləndirib ki torpaqların sülh yolu azad edilməsi mümkün olmadıqda "lazım" gəlsə torpaqlarımızı müharibə yolu ilə işğal etməkdən başqa yolumuz qalmayacaq.Bundan artıq biz nə istəyirik? 2.5 milyonluq Ermənistan qalib tərəf kimi 10 mlyonluq Azərbaycana müharibə elan edib, "Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyə tələsmir".Bütün dünya bildiki Ermənistan Azərbaycana müharibə elan etdi və belə məqam bir də ələ düşməyəcək.Müharibə edib torpaqlarımızı azad etməliyik.

Azərbaycan vətəndaşı 2018-09-14 12:35:30

Allaha and olsun ki,bu rəy yazalara mən məəttəl qalmışam.Vaxt gələcək hər şey hamıya məlum olacaq.

İdris 2018-09-14 12:35:30

RUSA BU QƏDƏR YAXINLIĞIN AXIRI YAXŞI OLMAYACAQ.RUSA NƏ QƏDƏR ÇOX GİRİLSƏ DAHA ÇOX İTİRİLƏCƏK. HƏM VAR PULU ALIB APARIRLAR. HƏM DƏ tORPAQ QAYTARMAQ ƏVƏZİNƏ YENİLƏRİ GEDƏCƏK.RUS YÖNÜMLÜ MƏMURLAR HAKİMYƏTDƏ QALMAQ ÜÇÜN NƏYƏ DESƏN RAZIDIRLAR. VƏTƏN TORPAQ MİLLƏT VƏ HƏR ŞEYDƏN KEÇƏRLƏR.ANCAQ HƏYAT ÇOX QISADIR.VƏTƏNƏ MİLLƏTƏ XƏYANƏT EDİB NAKİŞİ KİMİ ÖLMƏKDƏNSƏ KİŞİ KİMİ ÖLMƏK LAZIMDIR.İNDİ BÜTÜN DÜNYADA MİLLƏTLƏR ÖZ MƏNAFELƏRİ UĞRUNDA ÖLÜM DİRİM VURUŞUNDADIRLAR.BİZ ONLARDAN BİRİ OLAQ ANCAQ SATQIN BİQEYRƏT OLMAYAQ

t.ədalət 2018-09-14 12:35:30

Nə qədər ki Azərbaycan Ruysiya ilə nəfəs alır,Rusiyanın məsləhəti ilə addım atır,bu, DQ-nin ermənistana verilməsinə imkan yaradacaq.Rus dilinə rəvac verilməsi də millətimizin gələcəyini təhlükə altılna qoymaqdır.Biz işğalçı kimi ermənistanla Rusiyanı birgə göstərməliyik.Rusiyanın köhnə silahlarını almağı da dayandırmalıyıq.Çünki verdiyimiz pulların müəyyən qismi ermənistana ötrülür.

buzlaq 2018-09-14 12:35:30

Cənab E.Mirzəbəyli bu İqtidarla "Canavarın toyunda Dovşanın diplomat məsələsi" olacaq. Onlara Qarabağ lazlm deyil!

Son yazılar