Nazirlik Xəzər dənizinin əsas çirklənmə mənbələrini açıqlayıb

"Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov sentyabrın 14-də keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzəri xüsusən də sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri, üzən vasitələr və vətəndaşların ətraf ərazilərə atdıqları zibillər çirkləndirir: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

F.Mütəllimov əlavə edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda ETSN-nin 24 saat ərzində fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt” xidmətinə məlumat verilməsi xahiş olunur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar