Niderlandda “Skripal işi” ilə əlaqədar iki rusiyalı cəsus həbs olunub

İsveçrənin Şpiz şəhərindəki məxfi laboratoriyaya soxulmağa cəhd edən 2 nəfər rusiyalı casus bu ilin yazında Niderlandda ələ keçirilib.

“Report”un “İzvestiya” nəşrinə istinadən verdiyi xəbərə görə, İsveçrənin “Tages Anzeiger” qəzetinin məlumatında bildirilir ki, həmin laboratoriyada Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın və qızının İngiltərədə zəhərlədərək öldürülməsinə dair araşdırmalar aparılırdı. İsveçrə, Niderland və Böyük Britaniya xüsusi xidmət qurumlarının müştərək əməliyyatı zamanı həbs olunan iki şübhəlidən kompüter şəbəkələrini dağıtmaq üçün xüsusi cihazlar tapılmışdı.

Laboratoriyadan verilən məlumata görə, casusların məxfi məlumatları oğurlamaq cəhdi baş tutmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar