"Bunlar xristianlıqdan İslama keçib" - Dini Komitə

İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: "Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-icmək süfrələri təşkil edilir. Əslində bunlar ölmüş adam üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib".

635x100

Şərhlər

Azər-ə 2018-09-14 13:52:04

İslam dini yaran zaman şiə,sünni ayrımşılığı olmayıb.Quranda bu barədə heç bir qeyd yoxdur.Bu msələ islamə parçalamaq üçün ingilis siyasətinin nəticəsidir.İslam tarixini dəqiq mənbədən oxusanız bunu dəqiq bilərsiniz.İkincisi, müharibənin başlanma səbəbini və iştirakçılarına diqqət etsəniz bunun niyə baş verdiyini ,təsir sahəsi uğrunda olduğnu bilərsiniz.Belə savşlar tarixdə dəfələrlə baş verib.,ancaq belə bəzədilməyib.Keçən illər ərzində bu hadisədən süni istifadə milləti parçalamağa və zəiflətməyə yönəlib

Müəllifə 2018-09-14 13:52:04

Buradan belə anlaşılır ki, yüz illərlə islam aləmində qəbul edilən və keçirilən üç, cümə axşamları,qırx və əlli iki boş bir aldatma olub? Çox heyf ki, belə absurd çıxış dini qurumlardan olunur.BU qurumun belə düşüncəliləri anlaya bilmir ki, bu günlər yüz illərdir qeyd olunur və hər həftə və günün öz mənası və nəticəsi mövcuddur.Rəhmətə gedən insanın cəsədində həmin günlər baş verən dəyişiklər mərhumun ailəsi tərəfindən qeyd olunması nə sıxıntı yaradır?Bu suala dini qurumun baş biləninin cavabı maraqlıdr.

t.ədalət 2018-09-14 13:52:04

Azərə: Şiə və sünni söhbəti Allahşükür Paşazadəyə aiddir.Bizim Azərbaycanda bu məsələ olmayıb və olmayacaq!Biz Müsəlmanıq.Allahımız bir,Quranımız bir,Peyğəmbərimiz və Əhli-Beytimiz bir.Çalışmalıyıq ki,müqəddəs bayramlardakı vaxt fərqləri də aradan qaldırılsın.İran rejiminin tələbi ilə oturub-durmaq yetər!"Sünni-şiəlik" bizimlə qardaş Türkiyə asrasında soyuqluq yaratmaq üçün erməni-fars birliyi tərəfindən ortaya atılıb.Azərbaycanda irançı Şeyxülislamlıq ləğv edilməli,bu vəzifə Türkiyəyə həvalə olunmalıdır.

azər 2018-09-14 13:52:04

tək onlar yox! elə şiəlikdəki Mehdi-əzzaman da sadəcə İsa məsih, 12 imamsa 12 həvaridir..həm də buna görə sünnilər şiəliyi xristianlıqla bağlayıb bidət sayırlar..

t.ədalət 2018-09-14 13:52:04

Xristianlardan İslama keçən yaramaz adətlər çoxdur.Biri də ermənilərdən keçən ölü şəkillərini yaxadan asmaqdır.Təəssüf ki Azərbaycanlılar bu küfr əməlinə,yəni yaxadan ölü şəkili asma azarına yaman tutulublar.

Ayten 2018-09-14 13:52:04

Eger heqiqeten de çıxış eden xanım "bunlar İslama keçib"-sözünü işledibse bu onun en azı dini savadının zeif olmasından xeber verir. Bir adet xalqın meişetine keçe biler, amma İslam dinine yox. İslamın konkret menbeleri var, Quran ve hedislerde yoxdursa demeli İslamda yoxdur. Xanım onu düz deyir ki İslamda israfçılıq ve ifrat eylence günahdır, beyenilmir. Ehsan ise onu vereni çetine salmadan Allah rizası üçün verilmelidir.

Son yazılar