«Soyuz MC-09» gəmisində yeni «drel» izləri tapılıb! - KİV

«AzPolitika.info»-nun Rusiya KTV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın «Soyuz MC-09» pilotlu kosmik gəmisinin örtüyündə yeni «drel» izləri aşkarlanıb. Bu barədə raket-kosmik sahədəki məbəyə istinadla, «TASS» agentliyi xəbər verib.

«Drel izləri kəminin təkcə məişət bölməsinin içəri tərəfində yox, həm də meteoritdən müdafiə ekranında qeydə alınıb. Bu ekran gəmini çöl tərəfdən örtür və hermetik gövdədən 15 mm məsafədə qurulub» - deyə, agentlik qeyd edir.

Onun sözlərinə görə, gəmidə yaranmış «sızma»nı aradan götürməzdən əvvəl, kosmonavtlar endoskopun köməyi ilə deşiyin foto və videoşəkilini aparıblar: «Analizin gedişində bu şəkillərdə «drel»lə işin izləri və meteorit əleyhinə ekrandakı deşiyin arxasında drellə işləyən şəxs aşkarlanıb...».

Onun sözlərinə görə, son yığma sexində gəmi iki həftəyə yaxın qalır, sonra isə 90 günlüyə nəzarət-sınaq stendinə (NSS) göndərilir. NSS-də fotofiksasiya nəzərdə tutulmadığına görə, gəmini işərin ən sonuncu mərhələdə - final yığımı və ya NSS mərhələsində deşə bilərdilər.

Bundan başqa, mənbə qeyd edib ki, dəmir yolu ilə Baykonura daşınarkən gəminin yolda zədə alması versiyası da az ehimal olunandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar