Orfoqrafiya qaydalarına təklif edilən, lakin qəbul olunmayan dəyişikliklər açıqlanıb

Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilməyən maddələrinin tam siyahısı açıqlanıb.

“Report” AMEA Nəsimi adına Dilçilik İnstitutundan daxil olan siyahını təqdim edir:

1. Maddə 34: Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa y samitlərindən birinin düşməsi.

2. Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa m hərflərindən birinin düşməsi:

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensa.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər)

3. Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi.

Köhnə variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s.

Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.

Maddə 67: Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi.

Köhnə variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s.

Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar