Yol polisi reydlərə başlayır

Bu gündən etibarən Azərbaycanda xarici istehsallı avtomobilləri və MDB ölkələrində onların bazasında buraxılan modelləri texniki baxışdan keçirməyən sürücülərə qarşı reydlərə başlayacaq.

AzVision.az xəbər verir ki, texniki baxışdan keçməyən avtomobil sahibləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, qanunvericiliyə görə Azərbaycanda nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:

- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar