SKRİPALI ZƏHƏRLƏYƏNLƏR YOXA ÇIXIB - İfşa (VİDEO)

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, böyük beynəlxalq qalmaqala səbəb olan sabiq Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızının zəhərlənməsində şübhəli bilinən iki nəfər - Aleksandr Petrov və Ruslan Boşirov yoxa çıxıblar.

Bundan öncə isə Britaniya hökuməti sözügedən iki Rusiya vətəndaşının Skripalın zəhərlənməsində iştirakının sübuta yetirildiyini bəyan edərək, onların fotolarını yaymış və bildirmişdi ki, böyük ehtimalla hərbi kəşfiyyatın agentləri olan bu iki şəxsin adları saxtalaşdırılıb və gerçək kimlikləri gizlədilir. Bundan sonra A.Petrov və R.Boşirov Rusiya kanallarının birinə müsahibə verərək, agent olmadıqlarını və hadisənin baş verdiyi Solsberi şəhərinə turist kimi getdiklərini iddia ediblər. Lakin Britaniya hökuməti onların söylədiklərinə kəskin reaksiya verərək, bunun yalan olduğunu bəyan edib.

A.Petrov və R.Boşirovun söylədiklərinə Rusiyanın özündə də inananlar çox deyil. Onlar o qədər də tanınmayan Solsberiyə tarixi kilsəyə baş çəkmək üçün getdiklərini söyləyiblər. Jurnalistin həmin kilsədə, yaxud qarşısında şəkil çəkdirib-çəkdirmədiklərinə dair suala cavab verməkdə çətinlik çəkən Petrovla Boşirov, şəkilləri tezliklə xanım jurnalistə göndərəcəklərini vəd ediblər.

Lakin bu gün mətbuata açıqlama verən həmin jurnalist deyib ki, artıq Petrovla Boşirovun telefonlarına zəng çatmır və vəd olunanın əksinə olaraq, onlar telekanalla heç bir əlaqə yaratmırlar. Şəkillər isə söz vermələrinə baxmayaraq, redaksiyaya çatdırılmayıb. Onların yoxa çıxdığını iddia edən mətbuat nümayəndəsi deyib ki, Skripalı zəhərlədiyi iddia olunan həmin şəxslər müsahibədən öncə bunun onların televizayaya ilk və son açıqlamaları olduğunu söyləyiblər.

Həmçinin Petrovla Başirov jurnalistdən tələb ediblər ki, onlara qohumlarının, yaxınlarının və yaşayış yerlərinin müəyyən edilməsinə yönəlik suallar verilməsin. Müsahibə zamanı da çox narahat və gərgin görünən, həmçinin bir çox suala cavab verməkdə çətinlik çəkən bu iki şəxsin müsahibədən dərhal sonra yoxa çıxması isə onların həqiqətən xüsusi xidmət orqanı əməkdaşları olduğuna dair iddiaları bir qədər də artırıb.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar