BP “Qobustan” hasilatın pay bölgüsü sazişində 61% iştirak payı əldə edib

Dərc olunub: 14/09/2018 - 18:56

bp_logo_160810_mainBP Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61% iştirak payı əldə edib.

BP-dən Trend-ə verilən məlumata görə, bu pay “Arawak Energy” şirkətinin filialı və Vitol Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi, BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq.

Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.


loading...




Fikrinizi bildirin