ABŞ Suriyada hərbi iştirakını genişləndirir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla vrdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçiləri Suriyanın şimalında yeni operativ mərkəzlər və bazalar yaradır. Xəbəri «Anadolu» agentliyi yayıb.

Xəbərdə qeyd olunur ki, ABŞ hələ 2015-ci ildən başlayaraq, Suriyada hərbi bazalar yaratmağa başlayıb. O zaman Vaşinqton Haseke yaşayış məntəqəsində 2 aviabaza, Rakka və Mənbicdə isə 8 operativ mərkəz yaradıb.

2017-ci ilin iyulundan ABŞ Suriyada daha 5 yeni operativ mərkəz yaradıb ki, onlardan ikisi Mənbicdədir.

Daha iki blokpost Rakka əyalətinin Təll-Əbyad rayonunda yaradılıb. Bundan başqa, ABŞ Deyr-əz-Zor əyalətində daha bir hərbi bazanın tikintisini başa çatdırıb. Bu ərazidə Suriyanın neft-qaz yataqlarının böyük hissəsi cəmləşib.

Agentiyin məlumatına görə, daha bir ABŞ bazası Saban neft-qaz yatağı rayonunda (Deyr-əz-Zorun cənub-şərqi) dislokasiya olunub. Saban yatağı Ərəfat çayının 10 kilometrliyində (şərqə doğru) yerləşir. Hərbi baza ABŞ hərbçilərinə imkan verir ki, bu əraziyə nəzarət etsinlər.

Digər tərəfdən, ABŞ Sırrin aeroportu rayonunda da bazasını genişləndirir. Bu ərazilər Suriya kürdləri «özünümüdafiə qüvvələri»nin nəzarəti altındadır. ABŞ hərbçiləri bu bazanı aeroport qismində istifadə edirlər. Bununla əlaqədar olaraq, ABŞ buradakı buğda anbarlarında HHM radarları və çoxsaylı elektron sistemlər yerləşdirib.

Agentliyin yerli mənbələri xəbər verirlər ki, avqust ayında yeni hərbi obyektlərin tikitisinə başlanması göstərir ki, Vaşinqton bölgədə öz iştirakını uzun müddət saxlamaq niyyətindədir.

635x100

Şərhlər

t.ədalət 2018-09-14 20:16:48

Suriyadakı müharibəyə səbəb Rusiyanın "barmağıdır".İraqda və Liviyada olduğu kimi sonda Rusiya regiondan qovulacaq,ABŞ regionun rus təhlükəsini aradan qaldıracaq.Maraqlarını Əsədin qorunması ilə reallaşdırmağa çalışan Rusiya İranla birlikdə məğlub olacaq.

Son yazılar