“Görünür səhvə yol vermişəm, elə kasıbın balası ölməli imiş...” - Eldar Sabiroğlu onu təhqir edənlərə səsləndi

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu sonuncu məqaləsindəki bəzi açıqlamaların sosial şəbəkələrdə geniş müzakirə olunmasına və bu zaman onun hədəfə götürülməsinə münasibət bildirib. Söhbət E.Sabiroğlunun bu açıqlamasından gedir: “Ordu təkcə kasıb balaları üçün olmamalıdır! Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”.

E.Sabiroğlunun məqaləsinin bu hissəsi "AzPolitika.info" saytında da yayımlanıb və minlərlə oxucunun diqqətini çəkib. Həmçinin, bir xeyli oxucu şərhləri də yazılıb ki, onların əksəriyyətində E.Sabiroğlu qınanılıb.

E.Sabiroğlu bununla bağlı "AzPolitika"ya göndərdiyi ironiyalı məktubunda yazır:

"Hörmətli Elnur müəllim! Rəhbərlik etdiyiniz saytda son yazımdan bir hissəni dərc etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Bütövlükdə yazı geniş əks-səda doğurdu. Toxunduğum məsələlərdən narazı olanlar da var. Mən bunu anlayışla qəbul edirəm və təbii yanaşıram. Lakin sosial şəbəkələrdə ünvanıma söylənilən təhqiramiz ifadələrə təəssüf edərək bu kobudluğu onların öz vicdanına buraxıram. Təhqirə, yekəxanalığa eyni tərzdə cavab vermək mənim üslubuma və tərbiyəmə uyğun deyil.

Görünür səhvə yol vermişəm. Sən demə, elə kasıbın balası döyüşüb ölməli imiş. İmkanlının oralarda nə azarı qalıb ki, gözəl vaxtını yelə, yağışa, palçığa, şaxtaya, çovğuna, gülləyə qurban versin...

Əsas iradları budur ki, nədən vaxtında danışmamışam. Yəqin mənim yerimə bu "vətənsevərlərdən" biri olsa idi, tərəddüd etmədən cəsarətini göstərərdi. Qeydlərimin yalnız keçmişəmi aidiyyatı var!? Kimsənin əlini-ağzını tutmamışam. Mövzu bu gün də aktualdır..."

635x100

Şərhlər

bisavad 2018-09-15 00:02:58

Eldar müəllimin dediyini hamı bilir. Sağ olsun Eldar müəllim heç olmasa cəsarət edib deyə bilir.

EJDER 2018-09-15 00:02:58

INDI NE SE DUZELIB,KOHNE HAMAM,........ DUWMEN HER GUN ITGI VERMELIDI.TEMAS XETTINDE MUDAFIE EN AWAQI 4 EWALONLU OLMALIDI.KEWVIYYAT DAIMI OLMALIDI.DUWMENIN SENGERDE FALIYYETI NEZARETDE OLMALIDI VS S.NE ISE ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ...

NURəddin 2018-09-15 00:02:58

Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”deyirsiniz.Və susurdunuz.Çünki onlarda 1 qazandan aş yeyirdiniz.1 masa ətrafında toplaşıb 1-birinizin şəninə tostlar söyləyir,qəhqəhə çəkirdiniz.Sizi yanlarından qovdular deyə dilə gəldisiz.Yoxsa 100 il də bundan belə susardınız.Ölkəımizin evini sizin xislətdə olan adamlar yıxdı.Vəzifəm var başımı aşağı salım yeyim psixologiyası ilə yaşamısız.Bu gün isə arada qalmısız.Nə harın dostlar sizi yaxına buraxır,nə xalq.Gecdir

kasıb 2018-09-15 00:02:58

Səndə günah yoxdur. Sən də həytı boyu məmur olmusan. Ona görə indi nala mıxa vurursan və axırıncını dilinə gətirirsən..

Kasıb 2018-09-15 00:02:58

A kişi sənə deyirlər bu dediklərini vəzifədə olanda deyərdin. Yoxa indi götün dara keçəndə yox. Sərf etmir deyə başa düşmək istəmirsən.

azər 2018-09-15 00:02:58

hələ də gec deyil ad çəkə bilərsiz..onda bu, cinayəti bilib gizlətmək sayılmaz..bəzi işlər yuyular - təmizlənər...

ali 2018-09-15 00:02:58

Tamamilə dogru və yerində verilmiş cavabdır.Bəli məsələ bu gün də hələ əvvəlkindən də cox aktualdır.

t.ədalət 2018-09-15 00:02:58

Eldar müəllim,Sizin oğlunuz həbsdədir,Allah tezliklə qapısını açsın.Ancaq,soruşmaq istəyirəm ki,oğlunuz hansı cəbhə xəttində xidmət edib?Axı,Siz də bildiyimə görə övladınızı cəbhə xəttindən yayındırmısınız.İkincisi də yeddi ilə heç kim polkovnik olmur.Keçmiş müd.naziri Səfər Əbiyevi tərifləməyə dəyməz.Onun Azərbaycan ordusuna vurduğu ziyanı .... Əsgər ölümündən tutmuş maliyyə-təminat sahəsində etdiyi ... Sizə də yaxşı məlumdur...

Son yazılar