Zakir Həsənov Bodrum istirahətindən birbaşa cəbhəyə gəldi 

zakir hDünən cəbhədə baş verən şiddətli döyüşlər zamanı ölkə xaricində olan Zakir Həsənov birbaşa döyüş bölgəsinə gəlib.

Bu barədə Axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub. Bildirilir ki, Zakir Həsənovun dünənə qədər rəsmən məzuniyyətdə imiş:

“Zakir Həsənov dünən bu xəbəri eşidəndən sonra dərhal Bakıya qayıdıb. O, rəsmi məzuniyyətində olub. Zakir Həsənov həmin vədədə Türkiyənin Bodrum şəhərində istirahətdə idi”.

Mənbəmizin bildirdiyinə görə, general-polkovnikə hadisə məruzə ediləndən dərhal sonra ölkəyə qayıdıb. Hazırda nazirin döyüş bölgəsində olduğu söylənilir. Onun hadisə ilə birbaşa maraqlandığı vurğulanır.

Müdafiə naziri hazırda cəbhə bölgəsindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar