Vüsalə Məmmədova İTV-də veriliş aparacaq 

Dərc olunub: 14/09/2018 - 23:04

vüsalə1536925882İctimai Televiziya və Radio Yayımları Şirkəti tam fərqli formatlı verilişləri ilə yeniliklərə imza atacağını bəyan edib.Telekanalın İctimaiyyətlə Əlaqələr Departamentindən Modern.az-a verilən məlumata görə, bu sırada “talk-show”lar xüsusi yer alacaq.
Həftə içi hər gün səhər saatlarında üç xanım aparıcı 120 dəqiqə ərzində müxtəlif mövzuları müzakirə edəcək.
“Dikdaban” adlı verilişin özəlliyi isə ondadır ki, üç xanım aparıcının canlı efirdəki qonağı daha çox kişilər olacaq – bir kişi qonaq üç qadın aparıcıya qarşı.
Proqramın məqsədi ölkədə və dünyada gündəm olan maraqlı mövzuları müzakirə etmək, mədəniyyət, dəb, sağlamlıq haqqında maariflləndirici məlumatları efirə daşımaq, həmçinin sosial şəbəkə prioritetlərinin nəbzini tutmaqdır.
“Dikdaban”da veriliş boyu sosial şəbəkə vasitəsilə izləyicilər arasında günün mövzusuna uyğun sorğu keçiriləcək.
Müzakirələrlə zəngin “Dikdaban”ın aparıcıları Sevinc Muradova, Vüsalə Məmmədova və Xəyalə Əzizova olacaq.
Veriliş sentyabrın 17-dən etibarən, həftə içi beş gün saat 10:00-dan 12:00-dək canlı yayımlanacaq.








loading...


Fikrinizi bildirin