Bloggerlərə qarşı qanun qüvvəyə mindi

Rusiada dünən qüvvəyə minən yeni qanuna görə, gündəlik 3000-dən çox ziyarətçisi olan bloqlar dövlət qeydiyyatından keçirilməlidir. Tənqidçilər deyirlər ki, bu qanun müstəqil internet müəlliflərinə təzyiq məqsədi güdür.

Avqustun 1-də qüvvəyə minən qanun bloggerlərdən tələb edir ki, istifadə etdikləri bloqları Kütləvi İnformasiya Vasitəsi kimi qeydiiyyatdan keçirsin və bu yolla da onların yanlış informasiyasına, nifrət və təhqirlərinə nəzarət tənzimlənsin.

Bloggerlər mətbuata nəzarət edən “Roskomnadzor”a şəxsi məlumatlarını verməli və bloqa yazılan şərhlərə görə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürməlidirlər.

Qanuna əməl etməyən bloggerlər 1400 dollar cərimə olunacaq və onların fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulacaq. Oxşar addım atan qurumlar isə 14 min dollarədək cərimələnə bilər.

“İzvestiya” qəzetinin məlumatına görə, “Roskomnadzor” artıq 7 bloggerin adını da açıqlayıb. Onlar arasında yazıçı Boris Akunin, tənqidçi Eduard Limonov, aktyor Mixayıl Qalustyan və fotoqraf Sergey Dolyanın da adları var ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar