“Azərbaycanın acısı-Türkiyənin acısıdır...” - Ərdoğan Bakıdan İrəvana səsləndi

Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək.“Anadolu” xəbər verir ki, bunu Azərbaycanda Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Azərbaycanın sevinci - Türkiyənin sevinci, Azərbaycanın acısı - Türkiyənin acısıdır”, - deyə Ərdoğan bildirib və qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.

Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.

“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir”, - deyə türkiyəli lider bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərtdir”, - deyə Ərdoğan vurğulayıb.

“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur”, - deyə prezident Ərdoğan əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar