"Məktəbdaxili qiymətləndirilmə ilə bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq" - Nazir müavini

"Azərbaycanda şagird sıxlığı müşahidə olunan kifayət qədər məktəb var"."Report"un Sumqayıt bürosu xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, şagird sıxlığı məktəblərdə dərslərin növbəli şəkildə keçirilməsi ilə nəticələnir: "Növbəlilik isə təhsilin keyfiyyətinə çox ciddi təsir edir. Biz arzu edirik ki, məktəbə hazırlıq təlimləri gələcəkdə birnövbəli məktəblərdə təşkil edilsin. Şagird sıxlığı əsasən bir-birinə yaxın olan məktəblərdə birinin digərinə nisbətdə qəbul göstəricisinin daha yüksək olması səbəbindən baş verir. Şagirdlər isə həmin təhsil ocaqlarına valideynlərin istəklərinə uyğun qəbul edilirlər. Ancaq bundan sonra "Təhsil haqqında" qanuna əsasən, şagirdlər məktəbə ərazi prinsipinə görə qəbul olunacaqlar".

M.Vəliyeva birincilərin dərs yükünün azaldılması üçün görülən işlərə də toxunub. O vurğulayıb ki, iki gün bundan öncə Təhsil Nazirliyində geniş kollegiya iclası keçirilib: "Toplantıda ümumtəhsil məktəbləri ilə bağlı yeni sənədlər müzakirə olunub. Eləcə də şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə yeni yanaşmalara dair kollegiyanın qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar