GÜRCÜSTANDA 1200, AZƏRBAYCANDA 250 DOLLAR... – İki hökumətin təhsilə münasibəti

Qonşu ölkədə müəllimlərin əmək haqları bizim müəllimlərin maaşlarını 5 dəfəyədək üstələyəcək

Azərbaycanda nə sabiq baş nazir Artur Rəsizadənin, nə də indi həmin vəzifəni daşıyan Novruz Məmmədovun təhsilimizin inkişaf istiqamətləri, yaxud onun maliyyələşməsində hər hansı ciddi artım perspektivləri barədə heç bir yaddaqalan çıxışının, açıqlamasının şahidi olmamışıq. Elə bunun özü hökumətin təhsilə münasibətinin göstəricilərindən biridir.

Ancaq azərbaycanlı həmkarlarından fərqli olaraq, qonşu Gürcüstanın baş naziri Mamuka Baxtadze  rəhbərlik etdiyi hökumətin təhsil sahəsinə nə dərəcədə önəm verdiyininə dair çox məntiqli və ibrətamiz çıxış edib. "AzPolitika.info"-nun məlumatına görə, baş nazir deyib ki, gələn il onun hökuməti xüsusi qanun paketi təqdim edəcək və bu paketdə məhz təhsil sahəsi Gürcüstan iqtisadiyyatının ən prioritet sektoru kimi önə çəkiləcək.

İlk olaraq, müəllimlərin yenidən hazırlanması və onlara təhsilə innovativ yanaşmanın aşılanmasından başlanacaq. Baxtadze gələcək 5 ildə hökumətin tamamilə prinsipcə yeni təhsil sistemi yaratmaq və bununla da onu Avropa standartlarına çatdırmaq niyyətində olduğunu deyib. Nəticədə təhsilə ayrılan xərclər Ümumi Daxili Məhsulun 11 faizinə (!) çatdırılacaq. O, həmçinin qeyd edib ki, 2022-ci ilədək müəllimlərin əmək haqları 3 dəfə artırılacaq.

Azərbaycanın təhsil işçiləri üçün fantastik görünən bu rəqəmlərin fonunda onu qeyd edə bilərik ki, hal-hazırda Gürcüstanda müəllimlərin orta aylıq əmək haqları bizdəki analoji göstəricidən 1.6 dəfə yüksəkdir. Belə ki, Azərbaycanda bu rəqəm 250 dollar olduğu halda, Gürcüstanda 400 dollara yaxındır. Baxtadzenin dediklərinin həyata keçirilməsi isə o deməkdir ki, 2-3 ilə Gürcüstanda müəllimlərin orta aylıq əmək haqları 1200 dollara çatdırılacaq. Bu göstəricinin neft ölkəsi olan Azərbaycanın müəllimləri üçün nə qədər uzaq və əlçatmaz olduğunu təsəvvür etmək çətin deyil. Yaxın illərdə bizim ölkədə də maaşların artacağını ehtimal etmək olar. Ancaq artıq öyrəşdiyimiz ənənəyə görə, bizdə yalnız cərimə və rüsumlar dəfələrlə arta bilər, maaşlar isə ancaq kiçik faizlərlə...

Müqayisə üçün bildirək ki, Azərbaycanda təhsilə ayrılan xərclər heç ÜDM-in 4 faizini də təşkil etmir, Gürcüstanda isə bu rəqəmin artıq 11 faizə çatdırılacağı bildirilir. Onu da vurğulayaq ki, ölkəmizin təbii sərvətlər baxımından zəngin olmasına baxmayaraq, adambaşına düşən ÜDM göstəricisi Azərbaycan və Gürcüstanda təxminən eynidir. Deməli, yaxın gələcəkdə təhsilə ayrılan xərclərin ÜDM-ə nisbətdəki faiz göstəricisinə görə, Gürcüstan ölkəmizi 3 dəfəyədək üstələyəcək, müəllimlərin maaşlarına görə isə bu fərq 5 dəfəyə yaxınlaşacaq...

M.Baxtadzenin çıxışındakı maraqlı məqamlardan biri də prestijli məktəblərlə bağlıdır: "Biz istəmirik ki, Gürcüstanda sadəcə bir neçə, yaxud onlarla prestijli məktəb olsun. Bütün məktəblər yüksək standartlara cavab verməlidir". Azərbaycana da eyni şeyi sadəcə arzulaya bilərik. Çünki hazırda ölkəmizdə keyfiyyətli təhsil verən bahalı və prestijli orta təhsil müəssisələrilə adi orta məktəblərin arasındakı fərq az qala uçurum səviyyəsindədir.

Gürcü baş nazirin hökumətin təhsilə nə dərəcədə önəm verdiyini açıqlayan son fikri: "21-ci əsrdə yüksək səviyyəli təhsilə malik olmayan heç bir dövlət və iqtisadiyyat uğur qazana bilməz. Və ölkənin qarşısında duran bütün problemlərin həlli yolu məhz təhsildən keçir..."

Əlbəttə ki, eyni fikirləri Azərbaycana da aid etmək olar. Məhz təhsilin lazımi səviyyədə olmaması bugün böyük təbii sərvətləri olan Azərbaycanın öz iqtisadi potensialından tam istifadə edə bilməməsinin əsas səbəblərindən biridir.

Biz bilmirik, Gürcüstanın da öz Hadı Rəcəblisi və ona bənzərləri var, yoxsa yox. Ancaq onu bilirik ki, bir hökumət təhsili doğrudan da əsas prioritetə çevirdiyi təqdirdə, heç bir deputat, yaxud digər birisi müəllimə dolanışıq üçün bənnalıq, əkinçilik, dulusçuluq, yaxud halvaçılıq təklif edərək, onu ələ sala bilməz. Hökumət təhsilə doğrudan da ciddi önəm versə, güclü maliyyə dəstəyi göstərib, müəllimi ələbaxım etməsə, o zaman məktəblər təhsil yox, attestat verən, ali məktəblər isə ölkəyə yüksək səviyyəli mütəxəssis yox, sadəcə diplom verən rəsmi qurum funksiyası daşımayacaq, uşaqlar repetitorlara üz tutmayacaq, məmurlar hazırlıq kursları açıb, milyonlar qazanmayacaqlar və s...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

ARİF 2018-09-16 08:35:09

Şərhlər müəllimlərimizin vəziyyətindən xəbər verir.Müəllimlərə belə münasibət.Təhsilimizin pis vəziyyətə düşməsində özünü göstərir.

Ağsaqqala 2018-09-16 08:35:09

AZƏRBAYCANIN İNDİKİ BOYUNDURUĞU O QƏDƏR AĞIRDI Kİ,ONUN ALTINDAN ÇIXMAQ MÜMKÜN DEYİL.

Ağsaqqal 2018-09-16 08:35:09

Sus - düz deyir. AZƏRBAYCANDA MİLLİ DÖVLƏT qurulmayınca milli kadrımız olmayacaq.Başdan ayağa sayın-- məmurların 90%-i evlərində rusca danışır.Hanı milli kadr? Yoxdur.100 il qabaq bilsəydilər ki, bizdə qeyri milli hökumət olacaq,heç onu yaratmazdılar.Bunun da bir səbəbi var.Oktyabrda,25 ildən sonra Azərbaycan boyundruq altına salınacaq.Müqavilənin vaxtı çatır.

Hafiz 2018-09-16 08:35:09

Istənilən fənn üzrə gələcək müəllimlər qəbul imtahanında 600-dən az bal toplayaraq ali təhsil müəsisəsinə qəbul olacaqlarsa və əmək haqqıları indiki kimi olacaqsa belə də olacaq?!...

Seyid 2018-09-16 08:35:09

Nə nqədər ki, təhsilə aid olmayan insanlar var bizdə yaxşı heçnə olmayacaq.

şagird 2018-09-16 08:35:09

Nə qədər ki,müəllimlər məktəblərdə vaxt keçirəcək,şagirdlərlə ciddi məşğul olmayacaqlar,onların maaşları aertırılmasın.Təhsilin keyfiyyəti yüksəldilməsə ölkənin gəəcəyi olmayacaq..Bir də müəllimlər seçki saxtakarlığının niyə fəal iştirakçıları olublar? Burada maraqlı təzadlar ortay çıxır.Onu düşünən hakimiyyət olmalıdır.

İlgar 2018-09-16 08:35:09

Müəllimlır sısvermə gutularini ....kimi dolduranda bilmirdilər boynunun kəndirini...

oxucu 2018-09-16 08:35:09

........ANTIMILLI UNSURLER HOKMEN TARIXIN ZIBILLIYINDE OLACAQLAR !!! XALQA, HER VASITE ILE ZULM ETMEK, CINAYETDIR !!!

EJDER 2018-09-16 08:35:09

BIZIM NEYIMIZ DUZDUR KI.YALAN PALANLAR HOKUMETI.ALLAH BU MILLETE YARDIMCI OLSUN.COX CETIN MESELEDIR..

Qoca Molla 2018-09-16 08:35:09

Repetitorluq, hazırlıq kursları olmasa müəllim bu gün acından ölər.

t.ədalət 2018-09-16 08:35:09

Təhsilin problemi bəzi məmurların qeyri-milliyindədir.Gürcüstanda bu problem yoxdur.Məsələn,bizim təhsil naziri "sertifikasiya" deyilən rüşvət mexanizmi haqqında düşünürkən,gürcülər ən yaxşı dünya standatlarının tətbiqi barədə fikirləşirlər.Gürcüstanda gürcü dövlətçiliyi əsas götürüldüyü halda bizə heç türk olduğumuzu sənədlərdə yazmağı rəva görmürlər.Azərbaycanın bəzi məmurları türk kökənlilərdən uzaq olduğu üçün hərə gizli olaraq öz milli təəssübkeşliyi ilə yaşayır...

emin 2018-09-16 08:35:09

nolsun zato korrupsiya vuwvet almaqda dunyada 1cidiler

Azərbaycan vətəndaşı 2018-09-16 08:35:09

Qardaşlar təccüblənməyin,Neft,qaz, qızil,gümüş və digər təbii sərvərlər Gürcüstandadır. Biz nefti, qazı və digər təbii sərfətləri xaricdən alırıq.Əcil səbəb bundan ibarətdir.

ARİF 2018-09-16 08:35:09

Nə üçün müəllimlərin 12 saatlıq dərs yükünü 18 saata qaldırdılar. yazıq müəllimlər cüzi maaşla yaşa görək.Həmçinin müəllimlərin pensiyası da cüzidir.

o.b.n 2018-09-16 08:35:09

Müəllimlərə həmişə hörmətlə yanaşmışam,Seçki vaxtı nəzarətçi olandanan sonra gördüm ki,bu bəlaların səbəbkarı müəllimlərdi.Qutuya təqibən yadımda deyil 2600 səs verəndən 180 büliten atıldı və axşam sayıldı.Pratokol tərtibi zamanı sevimli Müəlimlər xəstələndilər təcili yardım da çağrıldı xeyri olmadı.Sabah məlum olduki, 85% seçici gəlib A... deputat seçib.Müəllimlar öz talehini özləri yazir və digərlərinidə onu yaşamağa məcbür edirlər.Görünür Gürcü müəllimlər və Azərbaycan müəllmlər öz seçiminini ediblər.

Elsevər 2018-09-16 08:35:09

Əzizlərim,bunun yalnız bir neçə səbəbu var: 1.Gürcüstanda cəmiyyət azaddır; 2.Gürcüstanda seçkilər azad keçirilir; 3.Gürcüstanda azad telekanallar var.

İsim 2018-09-16 08:35:09

Bizde istefa medeniyeti yoxdur.memurlar hec utanmirlar.bele davam edecek

Mirzə AĞ 2018-09-16 08:35:09

Məşhur rəvayətdə deyildiyi kimi - "bu, nə kecidir, nə qoyun - bir azardır ki, keçib boğazımıza". İndi bizdəki hökumət yox, bir azardır - keçib boğazımıza!!!

Benjamin Blum 2018-09-16 08:35:09

Çox gözəl yazıdır.Müəllifə dərin təşəkkürümü bildirirəm.

Oqtay 2018-09-16 08:35:09

Məqaləni oxuyandan sonra utandım ki mən bu ölkənin vətəndaşıyam.Nə vaxta kimi biz ona buna qibtə edıcəyik?

masim 2018-09-16 08:35:09

Şərhə ehtiyac yoxdur...

Sus 2018-09-16 08:35:09

axı Hadı və ya o bri nə karədir ki,nəsə etsinlər. Müəllimi ona görə ələ baxım edirlər ki,onlar seçki saxtakarlığı etsinlər.Allah qoysa milli dövlətimiz olanda, onda milli müəllimlərimiz də olacaq

Bəxtiyar 2018-09-16 08:35:09

Bizdə kollec müəllimlərinin maaşı 100 dollardır. İndiki dövrdə bununla dolanmaq olarmı?

Son yazılar