Avropalı qadın ərəb polisə görə islamı qəbul etdi

Birləşmiş Ərəb Əmirliklərinə gəlmiş hollandiyalı turist qadın polisin nümunəvi davranışı nəticəsində islam dinini qəbul edib. Azərtac xəbər verir ki, Əbu-Dabi polisinin tolerantlığından və sivil yanaşmasından ürəkdən təsirlənən turist Kristina Dafano müsəlman olmaq qərarına gəlib və kəlmeyi-şəhadətini söyləyəndən sonra adını dəyişərək Nura edib.

Bəyanatda qeyd edilir ki, turst qadın böyük Şeyx Zayed məscidi ilə maraqlanaraq oraya getmək istəyimiş. Polis turist qadını nəinki oraya yönəldib, həm də məscid idarəsi ilə qadının yanına gəlib ona islamda dözümlülük və dinc yanaşı yaşamaq ideyaları barədə danışılması üçün əlaqə saxlayıb.

Polis polkovniki Əhməd əl-Mazraui Əbu-Dabidə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə polislərin dözümlülüyü peşə standartına çevirmək cəhdini xüsusilə vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar