"PAŞİNYAN ÖZ KRESLOSUNDA OTURMAQ İSTƏYİRSƏ..." - Prezidentin Mətbuat katibi

“Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsəlləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib.

Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsəlləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarksyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.

Paşinyanın növbəti sarsaq açıqlaması Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin silahlı qüvvələrdə xidməti ilə bağlıdır. Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə o təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyildir.

Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir. Azərbaycan Respublikası Prezidentin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görmüşlər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim etmişdir. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir.

Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük”, - deyə, A.Qasımov bildirib.

635x100

Şərhlər

Oqtay 2018-09-17 13:49:05

Paşinyanı görürəm çıxardacaqsan maraqlıdır bəs onun yerinə kimi qoyacaqsan?

Xan Şuşinski 2018-09-17 13:49:05

Olkənin ürəуi Qarabaglıları qanına qəlтan edib, Azərbaуcanı illərlə hərbi işgalda saxlamış oz iki тerrorçusu R.Koçərуan və S.Sarqsуana "goz üsdə qaşın var" deməmişlər, gorəsən (E.Mirzəbəlinin sozünə gorə 16.09.18тarixinə kimi) Nikolaу Vovaeviç Paşini Baş Nazir kreslosundan verтolуoтla Xocalıуa, уa Şuşaуamı endirəcəklər?

Sual 2018-09-17 13:49:05

Ermeni basqani her halda yaxsi hec ne soylemeyib ve bununda cavabini alib. O ki qaldi kreslo meselesinebu bir qeder gulmeli deyimi ya. Sen qarabaxi isxalda olantorpaqlari nasil aldin ki hele bumaygulunu devirmek isdersen ya...

yusif-1313 2018-09-17 13:49:05

Deməyə söz tapmaq mümkün deyil!Bilmirəm hakimiyyətin bu tipli təmsilcilərinin dediklərinə gülək ya ağlayaq.

hellas 2018-09-17 13:49:05

Ədə yovaşşşş!!! O boyda yükü çiyninə götürmə. Bunu deyən kimi erməni dəyirmanını işlədənlər nahardan sonra Bakıda probkalar yaratdılr. Bu da dövlətçiliyimizə zidd məsələdir (Z.H.).

EJDER 2018-09-17 13:49:05

ESAS INKIWAFDU.SENIN KIMILERLE INKIWAFIMIZ SURRETLI OLCAQ,YENI ANALOQU OLMAYACAQ.ADDIMI ISE HELE SAXLAYIN.ATIB EDERSINIZ, BU O ... PAWINYAN DEVRILER,DIQALARIN YANINDA BIYABIR OLARIQ.

G.M 2018-09-17 13:49:05

Yoox belə olmaz..ermənistanda yeni prezident təyin eləməliyik)))Bu gədəni rədd eləməliyik.Qarabağ ermənistanın işğalında olsa da paşeniyana qara bayram nəzarət edir..

NURəddin 2018-09-17 13:49:05

heç demə Paşinyanı erməni xalqı yox, bunlar deviribmiş.Bu cür məsul bir vəzifədə əyləşdirilmiş adamın məntiqinə baxın?Bəlkə ermənistanın prezidentlərini putin yox, siz təyin edirmişsiniz? Qarğaya deyirlər ay qarğa niyə qarıldayırsan,başın ağrıyır? Deyir yox, qarıldamayanda .... ardını yazmayım. bilənlər bilir.

Son yazılar