Zakir Həsənov tapşırıqlar verir - Ağır texnika cəbhə xəttinə yeridilir

Yaralıların müayinəsi və müalicəsi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ixtisaslı həkimləri məşğul olacaqlar

Bu gecə cəbhə xəttində ermənilərin basqını nəticəsində yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları helikopterlə Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı hərbçilər bu gün iki helikopterlə Bakıya gətiriliblər.

«Onların müayinəsi və müalicəsi ilə hospitalın ixtisaslı həkimləri məşğul olacaqlar. Yaralıların vəziyyəti barədə ictimaiyyətə məlumat veriləcək», - deyə nazirlikdən bildirilib.

Mətbuat xidmətindən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hazırda cəbhədəki vəziyyəti diqqətdə saxladığı və müvafiq tapşırıqlar verdiyi bildirilib.

Axar.az Goranboy sakinlərinə istinadən xəbər verir ki, hazırda cəbhədə olan general-polkovnik Zakir Həsənovun əmrilə Azərbaycan Ordusu birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib və ağır hərbi texnika cəbhə xəttinin ən qaynar istiqamətlərinə çıxarılıb.

Hazırlıq əməliyyatlarına Zakir Həsənovun səhra qərargahından şəxsən nəzarət etdiyi qeyd olunur.

Xatırladaq ki, az öncə cəbhənin Tərtər istiqamətindən hərbi helikopterlər və qırıcıların havaya qaldırılması barədə məlumat vermişik. Qarşı tərəfdə hər hansı fəallıq müşahidə olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar