Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaqla bağlı müraciətinə baxılacaq

Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə müzakirələr aparıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın inkişaf etdirilməsi perpektivləri müzakirə edilib.

Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirən nazir Elmar Məmmədyarov ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində, Rəşid Alimov müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Koordinator Şurasının cari ilin avqust ayında keçirilmiş iclası zamanı müzakirə edildiyini söyləyib. O, bu məsələnin ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağını deyib.

Görüş zamanı tərəflər təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar